Tarix:18/11/13
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, oyun qurğularının istehsalçıları üçün bu, onların mövcudluğu dövrü ərzində rekord göstəricidir. “Sony” bildirib ki, şirkət istifadəçilər tərəfindən fenomenal rəğbət qazanıb.
“Sony” şirkəti “Microsoft” şirkəti kimi yeni oyun qurğusu satışlarının başlanmasını noyabr ayına planlaşdırıblar, lakin “Sony” bunu bir həftə tez edib, bu, ona az da olsa üstünlük verib. Bu gün “Sony” şirkəti “Playstation 4”-ü təkcə ABŞ və Kanadada satır. Avropada yenilik növbəti həftənin cümə günü təqdim ediləcək. Asiya ölkələrinin əksəriyyətində “PS4” noyabr-dekabr aylarında satılacaq, Yaponiyada şirkət yeni proqramını 2014-cü ilin fevral ayında təqdim edəcək.
Bu ilin sonunadək “Sony” 3 milyonadək oyun qurğusu satmaq niyyətindədir və analitiklər hesab edirlər ki, Avropada Şimali Amerika ilə eyni rəğbət qazana bilsə, buna nail ola biləcəklər.
Ümumilikdə isə cari maliyyə ilinin sonunadək “Sony” 5 milyona yaxın oyun qurğusu satmaq niyyətindədir. “Sony”nin mühasibatlığına görə, maliyyə ili 2014-cü il martın 31-də bitir. “IHS iSuppli” analitik şirkətinin proqnozlarına əsasən, növbəti 5 ildə “Sony” şirkəti 49 milyon oyun qurğusu sata bilər, halbuki “Microsoft” şirkəti 38 milyona yaxın “Xbox One” oyun qurğusu satacaq.
“Sony”də bildiriblər ki, hazırkı “Playstation 4” satışlarının başlanması “Playstation 3“-ün satışlarının başlanmasından daha rahat keçir. “Playstation 3”-ün satışları başladıqda şirkət istehsalda problemlərlə üzləşib və bir sıra bazarlara, o cümlədən Avropa bazarına bir ay təchizatları təxirə salmaq məcburiyyəti qarşısında qalıb.
Aynur Vəliyeva
“Sony” bir gün ərzində 1 milyon yeni “Playstation 4” satıb
“Sony” yeni “Playstation 4”-ün satışlarına başlandığı ilk gündə təkcə Şimali Amerikada 1 milyondan çox oyun qurğusu satıb.“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, oyun qurğularının istehsalçıları üçün bu, onların mövcudluğu dövrü ərzində rekord göstəricidir. “Sony” bildirib ki, şirkət istifadəçilər tərəfindən fenomenal rəğbət qazanıb.
“Sony” şirkəti “Microsoft” şirkəti kimi yeni oyun qurğusu satışlarının başlanmasını noyabr ayına planlaşdırıblar, lakin “Sony” bunu bir həftə tez edib, bu, ona az da olsa üstünlük verib. Bu gün “Sony” şirkəti “Playstation 4”-ü təkcə ABŞ və Kanadada satır. Avropada yenilik növbəti həftənin cümə günü təqdim ediləcək. Asiya ölkələrinin əksəriyyətində “PS4” noyabr-dekabr aylarında satılacaq, Yaponiyada şirkət yeni proqramını 2014-cü ilin fevral ayında təqdim edəcək.
Bu ilin sonunadək “Sony” 3 milyonadək oyun qurğusu satmaq niyyətindədir və analitiklər hesab edirlər ki, Avropada Şimali Amerika ilə eyni rəğbət qazana bilsə, buna nail ola biləcəklər.
Ümumilikdə isə cari maliyyə ilinin sonunadək “Sony” 5 milyona yaxın oyun qurğusu satmaq niyyətindədir. “Sony”nin mühasibatlığına görə, maliyyə ili 2014-cü il martın 31-də bitir. “IHS iSuppli” analitik şirkətinin proqnozlarına əsasən, növbəti 5 ildə “Sony” şirkəti 49 milyon oyun qurğusu sata bilər, halbuki “Microsoft” şirkəti 38 milyona yaxın “Xbox One” oyun qurğusu satacaq.
“Sony”də bildiriblər ki, hazırkı “Playstation 4” satışlarının başlanması “Playstation 3“-ün satışlarının başlanmasından daha rahat keçir. “Playstation 3”-ün satışları başladıqda şirkət istehsalda problemlərlə üzləşib və bir sıra bazarlara, o cümlədən Avropa bazarına bir ay təchizatları təxirə salmaq məcburiyyəti qarşısında qalıb.
Aynur Vəliyeva
Baxış sayı: 737
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır