KİVDF Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə müsabiqə elan etdi
Müsabiqənin məqsədi
Müsabiqənin məqsədi Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən proseslərin geniş ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq, İKT sahəsində ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına dəstək göstərmək, İKT mövzusunun mediada geniş şəkildə işıqlandırılmasına şərait yaratmaqdan ibarətdir.
Müsabiqənin mövzuları
- Azərbaycanda sosial şəbəkələrin müasir inkişaf tendensiyaları
- İKT-nin inkişafında start-up layihələrinin yeri və rolu
- Azərbaycan virtual məkanda
- İnternetdə və informasiya cəmiyyətində insan hüquqları
- Mobil nömrə daşınmasının istifadəçi hüquqlarının qorunmasında rolu: gözləntilər və üstünlüklər
Müsabiqədə iştirak
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan yazılara aid tələblər
1.Yazı elan edilmiş mövzulardan birinə uyğun olmalıdır (Elan olunmuş mövzuların sərlövhələrinin dəyişdirilməsinə yol verilmir).
2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
3. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
4. Yazıda "Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.
5. Yazının dərc olunduğu mətbuat orqanı (1 nüsxə), A4 formatda çap (3 nüsxə) (müəllifin imzası göstərilməməlidir) və elektron (Times New Roman şriftində - 12, diskdə) variantları təqdim olunmalıdır.
6. Yazılar A3 formatda 1 səhifədən (9-11 min işarə) çox olmamalıdır.
7. Yazılar şəxsən 18 noyabr 2013-cü il tarixdə baaşlayır 18 dekabr 2013-cü il tarixədə başa çatır, rəsmi iş günləri saat 10.00-dan 16.00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna təqdim olunmalıdır.
Tələb olunan sənədlər
1. Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti.
2. Şəxsi VÖEN və surəti.
3. Şəxsi bank rekvizitləri.
4. Şəxsiyyət vəsiqəsi və surəti
Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.
Qiymətləndirmə meyarları:
- mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
- ictimai maraqların müdafiəsi.
Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması
I yer - 1000 manat
II yer - 800 manat
III yer - 600 manat
Həvəsləndirici mükafat - 300 manat
Qaliblər həmçinin Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.
Baxış sayı: 967
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı