Tarix:19/11/13
Qeyd olunub ki, müasirliyi ilə fərqlənən inzibati binada Xaçmaz regional ədliyyə, rayon icra və qeydiyyat şöbələri fəaliyyət göstərəcək. Burada həmçinin, təntənəli nikah mərasimlərinin keçirilməsi üçün hər cür şərait yaradılıb. Bina müasir İKT-lərlə təchiz olunub, o cümlədən elektron sənəd dövriyyəsi, videokonfrans sistemləri, audio və prezentasiya üçün avadanlıq quraşdırılıb. Həmçinin, təhlükəsizlik, elektrik və su təchizatı üçün zəruri infrastruktur yaradılıb.
Ədliyyə naziri bildirib ki, prezident seçkilərində xalqımız böyük vətəndaş həmrəyliyi ilə İlham Əliyevi yenidən dövlət başçısı seçməklə Azərbaycanın hərtərəfli sürətli tərəqqisinə, gələcək inkişafına səs verib.
Nazir ölkə prezidentinin rəhbərliyi ilə son illər respublikamızın, xüsusilə regionların sosial-iqtisadi inkişafı üzrə əldə olunmuş yüksək nailiyyətlərdən, o cümlədən genişmiqyaslı ədliyyə islahatlarından, bu sahədə infrastrukturun müasirləşdirilməsindən danışıb, bölgələrdə regional ədliyyə şöbələri üçün yeni binaların istifadəyə verilməsinin ədliyyə orqanlarının təkmilləşdirilməsinə, əhaliyə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsinə, yerli hüquqşünasların işlə təmin olunmasına, vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasına xidmət etdiyini söyləyib.
Açılış zamanı, həmçinin müasir İKT-lər tətbiq olunmaqla Şəki regional ədliyyə şöbəsi ilə canlı bağlantı yaradılaraq videokonfrans keçirilib, fəaliyyətində aşkarlığın və şəffaflığın, vətəndaşların məlumatlılığının təmin edilməsi məqsədilə qurumun internet saytı istifadəyə verilib.
Sonda ədliyyə işçilərinə işin yüksək səviyyədə təşkil edilməsi, fəaliyyətin təkmilləşdirilməsi, vətəndaşlara layiqli xidmət göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
SEYMUR
Regionlarda elektron sənəd dövriyyəsi genişləndirilir
“Bu gün digər sahələrdə olduğu kimi, ədliyyə sistemində də informasiya-kommunikasiya texnologiyalarının istifadəsinə böyük önəm verilir”. Bu fikirləri ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan ədliyyəsinin 95 illik yubileyi ərəfəsində Xaçmaz regional ədliyyə şöbəsinin yeni tikilmiş müasir inzibati binasının açılışında söyləyib.Qeyd olunub ki, müasirliyi ilə fərqlənən inzibati binada Xaçmaz regional ədliyyə, rayon icra və qeydiyyat şöbələri fəaliyyət göstərəcək. Burada həmçinin, təntənəli nikah mərasimlərinin keçirilməsi üçün hər cür şərait yaradılıb. Bina müasir İKT-lərlə təchiz olunub, o cümlədən elektron sənəd dövriyyəsi, videokonfrans sistemləri, audio və prezentasiya üçün avadanlıq quraşdırılıb. Həmçinin, təhlükəsizlik, elektrik və su təchizatı üçün zəruri infrastruktur yaradılıb.
Ədliyyə naziri bildirib ki, prezident seçkilərində xalqımız böyük vətəndaş həmrəyliyi ilə İlham Əliyevi yenidən dövlət başçısı seçməklə Azərbaycanın hərtərəfli sürətli tərəqqisinə, gələcək inkişafına səs verib.
Nazir ölkə prezidentinin rəhbərliyi ilə son illər respublikamızın, xüsusilə regionların sosial-iqtisadi inkişafı üzrə əldə olunmuş yüksək nailiyyətlərdən, o cümlədən genişmiqyaslı ədliyyə islahatlarından, bu sahədə infrastrukturun müasirləşdirilməsindən danışıb, bölgələrdə regional ədliyyə şöbələri üçün yeni binaların istifadəyə verilməsinin ədliyyə orqanlarının təkmilləşdirilməsinə, əhaliyə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsinə, yerli hüquqşünasların işlə təmin olunmasına, vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasına xidmət etdiyini söyləyib.
Açılış zamanı, həmçinin müasir İKT-lər tətbiq olunmaqla Şəki regional ədliyyə şöbəsi ilə canlı bağlantı yaradılaraq videokonfrans keçirilib, fəaliyyətində aşkarlığın və şəffaflığın, vətəndaşların məlumatlılığının təmin edilməsi məqsədilə qurumun internet saytı istifadəyə verilib.
Sonda ədliyyə işçilərinə işin yüksək səviyyədə təşkil edilməsi, fəaliyyətin təkmilləşdirilməsi, vətəndaşlara layiqli xidmət göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
SEYMUR
Baxış sayı: 779
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır