12px13px15px17px
Tarix:19/11/13

“Microsoft” Münhendə mənzil-qərargah tikəcək


 “Microsoft” korporasiyası Münhenin şimal hissəsində yerləşən ərazini mənzil-qərargahının inşası üçün uzunmüddətli icarəyə götürüb. Bu barədə sövdələşmənin konsultantı rolunda çıxış edən “Colliers International” şirkətinin məlumatında deyilir.    

2,6 hektarlıq ərazi “Parkstadt Schwabing” rayonunda yerləşir və “Argenta” Şirkətlər Qrupuna məxsusdur. Binanın tikintisinə 2014-cü ildə başlanılması və 2016-cı ilin yazında başa çatdırılması nəzərdə tutulur.    
Bina “LEED” qızıl sertifikatı standartına uyğun olacaq. Burada “yaşıl” ofis otaqları ilə yanaşı, yeməkxana və idman mərkəzi yerləşəcək.

Münhen ofisi ABŞ korporasiyasının Avropada böyüklüyünə görə ikinci nümayəndəliyi olmaqla burada 1800 əməkdaş çalışacaq. “Microsoft”un regionda ən böyük mənzil-qərargahı Parisdə yerləşən ofisidir, - "Lenta www.lenta.ru” yazır.    



Baxış sayı: 638

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024