12px13px15px17px
Tarix:19/11/13

Cənub zonasında elektron xidmətlərə dair maarifləndirmə işləri aparılıb


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin əməkdaşları Lənkəran, Astara, Yardımlı və Masallı rayonlarında təlim kurslarında iştirak edib. Mərkəzin yaydığı məlumata görə, kurslarda "Elektron hökumət" portalı və elektron imzanın tətbiq formalarının metodlaşdırılması ilə əlaqədar mövzular müzakirə edilib. Keçirilən toplantıda "Elektron hökumət" portalında qeydiyyat, xidmətlərin istifadəsi və sənədin elektron imza kartı ilə imzalanması iştirakçılara praktiki təlimdə göstərilib.

Qeyd edək ki, sözügedən tədbir "Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq olunması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 mart tarixli 2815 nömrəli sərəncamının icrası ilə əlaqədar hazırlanmış Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 9 saylı Tədbirlər planının 33-cü bəndinə ("Regionlarda İKT üzrə bilik və bacarıqların artırılması məqsədi ilə əhalinin müxtəlif qrupları üçün təlim kurslarının, seminarların keçirilməsi") uyğun olaraq təşkil edilib.

CAHANGİR
 



Baxış sayı: 683

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024