Tarix:19/11/13
Buenos-Ayresdə (Argentina) “ICANN” (internetdə domen adların və zonaların verilməsini həyata keçirən təşkilat - Internet Corporation for Assigned Names and Numbers) beynəlxalq korporasiyasının say etibarilə 48-ci konfransı keçirilir. Üç ildən bir təşkilat domen bazarının ən aktual problemlərinin müzakirəsi üçün sənaye ekspertlərini bir araya gətirir.
Tədbirin açılışında Argentina hökumətinin rəhbəri Xuan Manuel Abal Medina çıxış edib. O bildirib ki, Argentinada internetin nüfuzetmə göstəricisi hazırda 75 faiz təşkil edir ki, bu da ölkəni Cənubi Amerika və Karib regionunda internetin nüfuzetmə göstəricisinə görə birinci edir. Hökumət rəhbəri həmçinin vurğulayıb ki, Argentinanın İT sektorunda hazırda 77 mindən çox insan çalışır. Bu, 2003-cü ilin göstəricisindən (19 min nəfər) bir neçə dəfə çoxdur.
“ICANN” prezidenti Fadi Şehade korporasiyanın fəaliyyəti barədə məlumat verib. Onun sözlərinə görə, son bir neçə həftə ərzində domen qeydiyyatçıları ilə 144 saziş imzalanıb. Korporasiya prezidenti həmçinin yeni “1net” təşəbbüsü çərçivəsində internet idarəçiliyi ilə bağlı problemlər haqqında dialoqu dəstəkləməyə çağırıb. “1net” çərçivəsində dialoq "ICANN”-dan başqa “W3C”, “Internet Society”, “IETF” və sənayenin digər aparıcı təşkilatları tərəfindən dəstəklənir, - “IT Expert www.itexpert.org.ua” yazır.
Buenos-Ayresdə “ICANN”-ın 48-ci konfransı keçirilir

Baxış sayı: 780
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib