Tarix:19/11/13
Azərbaycan bu forumda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə geniştərkibli nümayəndə heyəti ilə təmsil olunur. Sərgidə ölkəmizdə fəaliyyət göstərən 25 İKT şirkəti iştirak edir.
"AzQtel" şirkəti də sərgi çərçivəsində öz məhsullarını təqdim edir. Eyni zamanda, şirkətin prezidenti Ceyhun Mollazadə konfrans çərçivəsində keçirilən müxtəlif sessiya və forumlarda iştirak edəcək.
Noyabrın 23-nə qədər davam edəcək konfransda "Mobil texnologiyalar və müəssisədə əməyin səmərəliliyi", "Rəqəmsal dünyada şəxsi həyatın təhlükəsizliyinin təmin edilməsi", "XXI əsrdə təhsil sahəsində İKT-nin əhəmiyyəti", "IPv6 əsasında qurulmuş İnternet" və digər mövzular ətrafında müzakirələr aparılacaq.
Qeyd edək ki, noyabrın 20-də Bankokda daha bir forum, 8-ci "GTİ (Global TD-LTE İnitiative)" seminarı öz işinə başlayacaq. Seminarda Ceyhun Mollazadə geniş məruzə ilə çıxış edəcək.
RƏVAN
“AzQtel” şirkəti “ITU Telecom World 2013” konfransında öz xidmətlərini sərgiləyir
Noyabrın 19-da Taylandın paytaxtı Bankokda "İTU Telecom World 2013" sərgi-konfransı öz işinə başlayıb. Beynəlxalq Telekommunikasiya İttifaqının himayəsi altında təşkil olunmuş və dünyanın 190-dan çox ölkəsində İKT sahəsində ixtisaslaşan 700-dən artıq qurumun qatıldığı forumda dövlət və hökumət başçıları, mobil operatorlar, internet provayderlərin nümayəndələri və ekspertlər iştirak edirlər.Azərbaycan bu forumda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə geniştərkibli nümayəndə heyəti ilə təmsil olunur. Sərgidə ölkəmizdə fəaliyyət göstərən 25 İKT şirkəti iştirak edir.
"AzQtel" şirkəti də sərgi çərçivəsində öz məhsullarını təqdim edir. Eyni zamanda, şirkətin prezidenti Ceyhun Mollazadə konfrans çərçivəsində keçirilən müxtəlif sessiya və forumlarda iştirak edəcək.
Noyabrın 23-nə qədər davam edəcək konfransda "Mobil texnologiyalar və müəssisədə əməyin səmərəliliyi", "Rəqəmsal dünyada şəxsi həyatın təhlükəsizliyinin təmin edilməsi", "XXI əsrdə təhsil sahəsində İKT-nin əhəmiyyəti", "IPv6 əsasında qurulmuş İnternet" və digər mövzular ətrafında müzakirələr aparılacaq.
Qeyd edək ki, noyabrın 20-də Bankokda daha bir forum, 8-ci "GTİ (Global TD-LTE İnitiative)" seminarı öz işinə başlayacaq. Seminarda Ceyhun Mollazadə geniş məruzə ilə çıxış edəcək.
RƏVAN
Baxış sayı: 728
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib