Tarix:20/11/13
Rusiyanın “Mail.ru” resursu biznesinin Amerika istiqamətini “My.com”u və ona uyğun Qərb istifadəçiləri üçün nəzərdə tutulmuş servisləri işə salır.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, şirkət yetərincə hiyləgər yolla gedir və məlumatlarını ABŞ-dan kənarda, Amsterdamda saxlamaq niyyətindədir ki, onlar Milli Təhlükəsizlik Agentliyinin nəzərindən kənarda olsun.
“Mail.ru” hesab edir ki, “My.com”un ABŞ-da işə salınması şirkətə Rusiyadakı kimi uğur əldə etməyə imkan verəcək. Şirkətin məlumatında bildirilib ki, Amerika bazarı, “Mail.ru”nun bu günədək işlədiyi ən rəqabətli və mürəkkəb bazalardan biridir.
Xatırladaq ki, “Mail.Ru” Amerika bazarına çıxmaq cəhdi edən ilk iri Rusiya oyunçusudur. Şirkət elektron poçt servisini, çat-proqramı istifadəyə vermək və Kaliforniyada kiçik ofis açmaq niyyətindədir.
“My.com” portalı istifadə üçün pulsuz olacaq, elektron poçt və messencer servisləri isə “Freemium” modeli üzrə işləyən “Jungle Heat” kimi oyun proqramlarının satışı və trafikin ötürülməsi üçün “parovoz” kimi istifadə edilir. “Mail.ru”dan bildirilib ki, bütün softveyr tərtibatları həmişəki kimi Rusiyada həyata keçiriləcək, serverlər və məlumatlar isə Niderlandda yerləşdiriləcək.
“Mail.Ru”nun başçısı Dmitri Qrişin qeyd edib ki, Niderlandda məlumatların yerləşdirilməsi - şəxsi elektron məktubların və “messindcinq” məlumatların saxlanılması üçün “yaxşı neytral yer” seçimidir.
Qrişin onu da bildirib ki, Amerika bazarı daha çox yerli şirkətlərlə məşğuldur və normal inkişaf üçün burada beynəlxalq rəqabət olmalıdır. Bundan başqa, o əmindir ki, artıq Silikon vadisinin dünya İT-tərtibat mərkəzi olduğu yer kimi qəbul edilməsi reallığa uyğun deyil.
Aynur Vəliyeva
“Mail.ru” ABŞ-da biznesə başlayır

Baxış sayı: 1447
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib