12px13px15px17px
Tarix:21/11/13

“Instagram” indi də “Windows Phone” platformasında

“Instagram” noyabrın 21-də “Windows Phone” mobil platforması üçün rəsmi tətbiq istifadəyə verib. Bu haqda fotoxidmətin rəsmi bloqunda deyilir. Proqramı “Microsoft” internet mağazasından yükləmək olar.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, tətbiq beta-versiya statusu daşıyır. Bu tətbiqdə “Android” və “iOS” üçün əlçatan funksiyaların əksəriyyəti yoxdur. Proqram video çəkmir, fotoşəkildə dostları işarələməyə icazə vermir.

Tərtibatçılar tezliklə tətbiq üçün yeniləmə çıxaracağına söz veriblər. Bundan sonra, yeni funksiyalar əlavə ediləcək.

Proqram yalnız “Windows Phone 8” ilə işləyən qurğularda işləyir. Bu sistem 2012-ci ilin oktyabrında çıxdı. Daha çox erkən “Windows Phone 7” “Instagram” əsasında aparatlara qurmaq (təyin etmək) olmaz.
“Instagram” fototətbiqi 2010-cu ildə çıxarılıb. O, mobil telefonla çəkilmiş fotoşəkil və videoların dərc edilməsi üçün nəzərdə tutulub.

Emil Hüseynov



Baxış sayı: 774

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024