Tarix:22/11/13
“Microsoft” şirkəti “Winamp”la yanaşı, həmçinin “AOL” korporasiyasına məxsus axın audiosu və videoyayımın təşkili üçün “SHOUTcast” platformasına maraq göstərir. Sözügedən xidməti “Winamp” pleyerini yaratmış “Nullsoft” şirkəti hazırlayıb.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “TechCrunch” bloqu iki şirkət arasındakı danışıqların hələ başa çatmadığını əsas gətirərək sazişin dəyərini açıqlamır.
Xatırladaq ki, “AOL” korporasiyası “Nullsoft” şirkətini 1999-cu ildə 80 milyon dollara satın alıb.
“AOL” korporasiyası noyabrın 20-də “Winamp” layihəsi və onunla bağlı xidmətlərini bağlayacağını elan edib. Pleyerin saytı dekabrın 20-də fəaliyyətini dayandıracaq.
“Winamp” 1997-ci ildə yaradılıb və fayl mübadilə xidmətlərinin yüksək inkişafı fonunda populyarlıq əldə edib. Axın media xidmətlərinin yaranması ilə pleyerin auditoriyası kəskin azalıb.
Emil Hüseynov
“Microsoft” korporasiyası “Winamp”ı satın alır
“Microsoft” korporasiyası “Winamp” pleyerini satın almaq üçün “AOL” internet şirkəti ilə danışıqlar aparır. Bu haqda şirkətlərin planı ilə tanış mənbələrə istinadən “TechCrunch” bloqu məlumat yayıb.“Microsoft” şirkəti “Winamp”la yanaşı, həmçinin “AOL” korporasiyasına məxsus axın audiosu və videoyayımın təşkili üçün “SHOUTcast” platformasına maraq göstərir. Sözügedən xidməti “Winamp” pleyerini yaratmış “Nullsoft” şirkəti hazırlayıb.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “TechCrunch” bloqu iki şirkət arasındakı danışıqların hələ başa çatmadığını əsas gətirərək sazişin dəyərini açıqlamır.
Xatırladaq ki, “AOL” korporasiyası “Nullsoft” şirkətini 1999-cu ildə 80 milyon dollara satın alıb.
“AOL” korporasiyası noyabrın 20-də “Winamp” layihəsi və onunla bağlı xidmətlərini bağlayacağını elan edib. Pleyerin saytı dekabrın 20-də fəaliyyətini dayandıracaq.
“Winamp” 1997-ci ildə yaradılıb və fayl mübadilə xidmətlərinin yüksək inkişafı fonunda populyarlıq əldə edib. Axın media xidmətlərinin yaranması ilə pleyerin auditoriyası kəskin azalıb.
Emil Hüseynov
Baxış sayı: 655
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır