12px13px15px17px
Tarix:22/11/13

“Apple” gələn il smartfonların qiymətini artıracaq


Altıncı nəsil “Apple” smartfonlarının qiyməti istehsalçının digər qurğuları ilə müqayisədə 50 və ya 100 dollar baha olacaq. Bu barədə “Susquehanna Financial Group” şirkətinin analitiki Kris Keyso bildirib.
Analitikin fikrincə, bu addım şirkətə “iPhone 5” modelinin buraxılışı ilə azalmağa başlayan qiymət fərqini yüksək səviyyədə saxlamağa imkan verəcək.

ABŞ istehsalçısının hər il buraxdığı yeni smartfonların qiyməti həmişə ölkə mağazalarında operatorla müqavilə əsasında 200 dollardan başlayır. Ekspertin gözləntiləri özünü doğrultsa, yeddinci nəsil “iPhone” modelinin qiyməti 250-300 dollardan başlayacaq.  

Qeyd edək ki, “Apple” artıq yeni məhsulların qiymətinin artırılması praktikasını tətbiq edir. Belə ki, “Retina” displeyli “iPad mini” planeşt kompüteri mini-planşetin birinci modifikasiyası ilə müqayisədə 70 dollar bahalaşıb. Bununla yanaşı, 2013-cü il buraxılışlı “iPad mini” daha dəqiq təsvir ölçüsünə malik ekran və təkmilləşdirilmiş prosessorla təchiz olunub, digər xüsusiyyətlərində isə dəyişiklik edilməyib, - "Digit www.digit.ru” yazır.  
 



Baxış sayı: 876

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024