12px13px15px17px
Tarix:22/11/13

Rusiyanın nüfuzlu sərgi portalında “Bakutel 2013” haqda məlumat yerləşdirilib


Rusiyanın məşhur “expomap.ru” sərgi portalında Azərbaycanın “Bakutel 2013” telekommunikasiya və informasiya texnologiyaları sərgisi haqqında məlumat yerləşdirilib.

“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, məlumatda qeyd edilir ki, “Bakutel” sərgisinin işi bir çox ölkələrin mütəxəssislərinin, ekspertlərinin və sahə üzrə peşəkarların diqqətini cəlb edir. Sərgi telekommunikasiya və informasiya texnologiyaları sahəsində nailiyyətlərin, ən inanılmaz ideyaların və layihələrin nümayişi, həmçinin müzakirələr, yeni uğurlara əsas olacaq danışıqlar və işgüzar əlaqələrin qurulması üçün meydança rolunu oynayır.

Ekspozisiyaya telekommunikasiya və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabellər və simsiz rabitə, peyk rabitəsi və texnologiyalar, teleradio yayımı avadanlıq və texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları, təhlükəsizlik sistemləri, bank texnologiyaları və xidmətlər, E-hökumət və e-texnologiyalar və s. daxildir.

Məlumatda həmçinin sərginin keçirilmə tarixi, yeri, təşkilatçısının adı və sərginin rəsmi internet saytının ünvanı göstərilib.

CAHANGİR



Baxış sayı: 796

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024