Tarix:22/11/13
AMEA-nın internetə çıxış imkanlarının genişləndirildiyini vurğulayan A.Əlizadə bütün institutların beynəlxalq şəbəkədən yararlandığını diqqətə çatdırıb: "Məndə olan məlumata görə, bu gün akademiyanın internetə çıxış imkanı respublikada, demək olar ki, hamıdan, bütün idarələrdən üstündür və yaxşıdır. Bizim internetdən istifadə etməyimiz dünyanın informasiya bazalarından operativ şəkildə məlumat əldə etməyə imkan verir. Bununla belə, məlumat sistemi yaradılıb".
Mərkəzi aparatda elektron sənəd dövriyyəsi sisteminin və elektron imza texnologiyalarının yaradılması və tətbiqi istiqamətdə çevik işlərin aparıldığını vurğulayan A.Əlizadə bu işlərin də yekunlaşmaq üzrə olduğunu vurğulayıb: "Yeri gəlmişkən qeyd edim ki, bu gün akademiyada beynəlxalq elektron informasiya məkanına inteqrasiya məqsədi daşıyan Elektron Elm Layihəsi həyata keçirilir. Bu, o demək deyil ki, akademiyada İKT problemləri tam həll olunub, əlbəttə, bəzi məsələlər qalıb. Amma onlar da həll olunacaq. Demək istəyirəm ki, biz bu yola çıxmışıqsa, axıra qədər addımlayacağıq. İKT-nin inkişafı qlobal şəraitdə davam edəcək. Biz də onun ardınca gedəcəyik.
AMEA-da "AzScienceNet" elm kompüter şəbəkəsinin yaradıldığını xatırladan A.Əlizadə hazırda şəbəkənin 13 institutu əhatə etdiyini söyləyib: "Fiber-optik kabel vasitəsilə onlar bundan istifadə edir. O ki qaldı digər institutlara, onlar da fiber-optik kabellərlə təchiz olunacaq".
"Science.az"-ın yeni versiyasının hazırlandığını qeyd edən akademik AMEA-nın "Elm TV" internet televiziyasının yaradılması üzərində də işlərin aparıldığını bildirib.
SEYMUR
AMEA-nın institutları fiber-optik kabellərlə təchiz olunacaq
"Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) informasiya-kommunikasiya texnologiyaları istiqamətində xeyli və zəruri işlər görülüb. Görülən işlər təkcə Rəyasət Heyətini deyil, eyni zamanda akademiyanın bütün institutlarını əhatə edir". "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri AMEA prezidenti, akademik Akif Əlizadə söyləyib.AMEA-nın internetə çıxış imkanlarının genişləndirildiyini vurğulayan A.Əlizadə bütün institutların beynəlxalq şəbəkədən yararlandığını diqqətə çatdırıb: "Məndə olan məlumata görə, bu gün akademiyanın internetə çıxış imkanı respublikada, demək olar ki, hamıdan, bütün idarələrdən üstündür və yaxşıdır. Bizim internetdən istifadə etməyimiz dünyanın informasiya bazalarından operativ şəkildə məlumat əldə etməyə imkan verir. Bununla belə, məlumat sistemi yaradılıb".
Mərkəzi aparatda elektron sənəd dövriyyəsi sisteminin və elektron imza texnologiyalarının yaradılması və tətbiqi istiqamətdə çevik işlərin aparıldığını vurğulayan A.Əlizadə bu işlərin də yekunlaşmaq üzrə olduğunu vurğulayıb: "Yeri gəlmişkən qeyd edim ki, bu gün akademiyada beynəlxalq elektron informasiya məkanına inteqrasiya məqsədi daşıyan Elektron Elm Layihəsi həyata keçirilir. Bu, o demək deyil ki, akademiyada İKT problemləri tam həll olunub, əlbəttə, bəzi məsələlər qalıb. Amma onlar da həll olunacaq. Demək istəyirəm ki, biz bu yola çıxmışıqsa, axıra qədər addımlayacağıq. İKT-nin inkişafı qlobal şəraitdə davam edəcək. Biz də onun ardınca gedəcəyik.
AMEA-da "AzScienceNet" elm kompüter şəbəkəsinin yaradıldığını xatırladan A.Əlizadə hazırda şəbəkənin 13 institutu əhatə etdiyini söyləyib: "Fiber-optik kabel vasitəsilə onlar bundan istifadə edir. O ki qaldı digər institutlara, onlar da fiber-optik kabellərlə təchiz olunacaq".
"Science.az"-ın yeni versiyasının hazırlandığını qeyd edən akademik AMEA-nın "Elm TV" internet televiziyasının yaradılması üzərində də işlərin aparıldığını bildirib.
SEYMUR
Baxış sayı: 1131
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib