12px13px15px17px
Tarix:22/11/13

Azərbaycanda İKT üzrə ümumrespublika forumu keçiriləcək

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyilə (RİTN) Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Bakıda “İnformasiya Kommunikasiya Texnologiyaları üzrə Ümumrespublika Forumu” keçirəcək.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə jurnalistlərə verdiyi açıqlamasında AMEA prezidenti, akademik Akif Əlizadə bildirib.
 
Onun sözlərinə görə, konfransın gələn ayın 6-da keçirilməsi nəzərdə tutulub. A.Əlizadə qeyd edib ki, sözügedən tədbirdə Azərbaycanda İKT-nin inkişaf mərhələsinə işıq tutulacaq, görülən işlərə diqqət yetiriləcək və ümumilikdə, bir sıra məsələ və layihələr sadalanaraq yekun vurulacaq:
 
“Eləcə də konfransda bundan sonrakı fəaliyyət, İKT-nin gələcək istiqamətləri, həlli vacib olan məsələ və problemlər müəyyənləşdiriləcək. Onların həlli istiqamətində düşünüləcək, fikirlər səsləndiriləcək, hansı addımların atılması qərara alınacaq”.
 
 
SEYMUR
 
 



Baxış sayı: 654

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024