Tarix:22/11/13
Ekspertlər deyiblər ki, bu il bu göstərici 522 milyon səviyyəsində gözlənilir. 2012-ci illə müqayisədə artım 12% təşkil edəcək.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ayrı-ayrı seqmentlərdəki vəziyyəti xarakterizə edən analitiklər qeyd ediblər ki, 2013-cü ildə ənənəvi FK (masaüstü və noutbuk) tədarüklərinin həcmi 8,7% azalaraq 315 milyon olacaq. Bu proqnoz özünü doğrultsa, bu cür illik azalma FK sektorunda ilk dəfə qeydə alınacaq. Öncəki antirekord 2001-ci ildə qeydə alınıb, o zaman tədarüklərin həcmi 4.3% azalmışdı.
Bununla belə, artıq gələn ildən vəziyyətin yaxşılaşması gözlənilir. Mütəxəssislər ümid edirlər ki, adi istifadəçilər və biznes istifadəçiləri kompüterlərini yeniləyəcək və FK sistemlərin tədarük həcmi 2% artaraq 322 milyon olacaq.
Planşet kompüterlərinə gəlincə, bu ildə onların tədarük həcminin 73% artacağı gözlənilir.
"IC Insights" analitik şirkətinin tədqiqatında internet üzərindən xidmətlərlə işləmək üçün nəzərdə tutulmuş leptoplar ayrı kateqoriyaya salınıb. 2013-cü ildə bu seqmentin həcmi artaraq 5,1 milyon olacaq ki, bu da ötənilki göstəricidən 42% çoxdur.
Emil Hüseynov
Ənənəvi FK bazarında yeni antirekord gözlənilir
"IC Insights" analitik şirkətinin proqnozuna əsasən, 2012-2017-ci illərdə masaüstü fərdi kompüter, noutbuk, planşet, həmçinin internet üzərindən xidmətlərlə işləmək üçün nəzərdə tutulmuş yığcam kompüterlər daxil olmaqla FK sistemləri bazarının həcmi ildə orta hesabla 10% artacaq. Qeyd edilən dövrün sonuna sözügedən qurğuların ümumi tədarük həcmi 770 milyon olmalıdır.Ekspertlər deyiblər ki, bu il bu göstərici 522 milyon səviyyəsində gözlənilir. 2012-ci illə müqayisədə artım 12% təşkil edəcək.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ayrı-ayrı seqmentlərdəki vəziyyəti xarakterizə edən analitiklər qeyd ediblər ki, 2013-cü ildə ənənəvi FK (masaüstü və noutbuk) tədarüklərinin həcmi 8,7% azalaraq 315 milyon olacaq. Bu proqnoz özünü doğrultsa, bu cür illik azalma FK sektorunda ilk dəfə qeydə alınacaq. Öncəki antirekord 2001-ci ildə qeydə alınıb, o zaman tədarüklərin həcmi 4.3% azalmışdı.
Bununla belə, artıq gələn ildən vəziyyətin yaxşılaşması gözlənilir. Mütəxəssislər ümid edirlər ki, adi istifadəçilər və biznes istifadəçiləri kompüterlərini yeniləyəcək və FK sistemlərin tədarük həcmi 2% artaraq 322 milyon olacaq.
Planşet kompüterlərinə gəlincə, bu ildə onların tədarük həcminin 73% artacağı gözlənilir.
"IC Insights" analitik şirkətinin tədqiqatında internet üzərindən xidmətlərlə işləmək üçün nəzərdə tutulmuş leptoplar ayrı kateqoriyaya salınıb. 2013-cü ildə bu seqmentin həcmi artaraq 5,1 milyon olacaq ki, bu da ötənilki göstəricidən 42% çoxdur.
Emil Hüseynov
Baxış sayı: 1021
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır