Tarix:22/11/13
AMEA FSHİ və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə təşkil olunan tədbirdə institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə hər il ənənəvi olaraq keçirilən konfransın əhəmiyyətindən danışaraq gündəlikdə duran məsələlər barədə iştirakçıları məlumatlandırıb. Bu gün münasibətilə hər il Azərbaycanda fəlsəfə elminin inkişafına töhfə verəcək beynəlxalq konfransların təşkil edildiyini önə çəkən İ.Məmmədzadə ölkəmizdə 2013-cü ilin "İKT ili" elan olunması ilə əlaqədar konfransın "İnformasiya texnologiyaları və fəlsəfə" mövzusuna həsr olunduğunu vurğulayıb.
Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli fəlsəfə elminin tarixi, məqsəd və vəzifələri haqqında ətraflı məlumat verib. Fəlsəfə elminin tarixi inkişaf müddətində müəyyən mərhələlərdən keçərək çoxsaylı müstəqil düşüncə, ideya və nəzəriyyələrlə zənginləşdiyini bildirən alim antik dövrdən müasir günümüzədək bu elmin mərhələli şəkildə tədqiq edildiyini vurğulayıb. İlk fəlsəfi fikirlərin Şərqdə yaranıb inkişaf etdiyini qeyd edən İ.Həbibbəyli banisi ümummilli lider Heydər Əliyev olan azərbaycançılıq məfkurəsinin ən mühüm komponentlərinin dövlətçilik və vətənpərvərlik ideyaları olduğunu xatırladıb. Müstəqillik qazandıqdan sonra ölkəmizdə fəlsəfə elminin inkişafı naminə görülən işləri yüksək qiymətləndirən İ.Həbibbəyli qədim ənənələri olan Azərbaycan fəlsəfə məktəbinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Tədbirdə, həmçinin AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisadiyyat elmləri doktoru, professor İsa Alıyevin "Müasir dövrün iqtisadi problemləri", Mərakeş Krallığının səfiri Həsən Haminin "İnformasiya cəmiyyəti şəraitində mənəvi korrupsiya məsələləri", Fransa səfirliyinin Mədəniyyət Mərkəzinin müşaviri, fəlsəfə üzrə elmlər doktoru İv Zobermanın "Mondevilin təmsilləri və postmodern cəmiyyətinin şərhi", FSHİ-nin baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Zümrüd Quluzadənin "Azərbaycanda və İslam bölgəsi fəlsəfə tarixi haqqında elmi məlumatların internet vasitəsilə qlobal elm aləminə çatdırılması" və digər mövzularda məruzələr dinlənilib.
SEYMUR
“İnformasiya texnologiyaları və fəlsəfə” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda (FSHİ) "İnformasiya texnologiyaları və fəlsəfə" mövzusunda Beynəlxalq elmi-nəzəri konfrans keçirilib. İnformasiya Texnologiyaları İnstitutundan "ICTnews.az"-a verilən məlumata görə, YUNESKO-nun təsis etdiyi "Ümumdünya Fəlsəfə Günü"nə həsr olunmuş konfransda Azərbaycan alimləri ilə yanaşı, Fransa, İtaliya, Braziliya və Mərakeşdən olan alim və mütəxəssislər iştirak ediblər.AMEA FSHİ və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə təşkil olunan tədbirdə institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə hər il ənənəvi olaraq keçirilən konfransın əhəmiyyətindən danışaraq gündəlikdə duran məsələlər barədə iştirakçıları məlumatlandırıb. Bu gün münasibətilə hər il Azərbaycanda fəlsəfə elminin inkişafına töhfə verəcək beynəlxalq konfransların təşkil edildiyini önə çəkən İ.Məmmədzadə ölkəmizdə 2013-cü ilin "İKT ili" elan olunması ilə əlaqədar konfransın "İnformasiya texnologiyaları və fəlsəfə" mövzusuna həsr olunduğunu vurğulayıb.
Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli fəlsəfə elminin tarixi, məqsəd və vəzifələri haqqında ətraflı məlumat verib. Fəlsəfə elminin tarixi inkişaf müddətində müəyyən mərhələlərdən keçərək çoxsaylı müstəqil düşüncə, ideya və nəzəriyyələrlə zənginləşdiyini bildirən alim antik dövrdən müasir günümüzədək bu elmin mərhələli şəkildə tədqiq edildiyini vurğulayıb. İlk fəlsəfi fikirlərin Şərqdə yaranıb inkişaf etdiyini qeyd edən İ.Həbibbəyli banisi ümummilli lider Heydər Əliyev olan azərbaycançılıq məfkurəsinin ən mühüm komponentlərinin dövlətçilik və vətənpərvərlik ideyaları olduğunu xatırladıb. Müstəqillik qazandıqdan sonra ölkəmizdə fəlsəfə elminin inkişafı naminə görülən işləri yüksək qiymətləndirən İ.Həbibbəyli qədim ənənələri olan Azərbaycan fəlsəfə məktəbinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Tədbirdə, həmçinin AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisadiyyat elmləri doktoru, professor İsa Alıyevin "Müasir dövrün iqtisadi problemləri", Mərakeş Krallığının səfiri Həsən Haminin "İnformasiya cəmiyyəti şəraitində mənəvi korrupsiya məsələləri", Fransa səfirliyinin Mədəniyyət Mərkəzinin müşaviri, fəlsəfə üzrə elmlər doktoru İv Zobermanın "Mondevilin təmsilləri və postmodern cəmiyyətinin şərhi", FSHİ-nin baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Zümrüd Quluzadənin "Azərbaycanda və İslam bölgəsi fəlsəfə tarixi haqqında elmi məlumatların internet vasitəsilə qlobal elm aləminə çatdırılması" və digər mövzularda məruzələr dinlənilib.
SEYMUR
Baxış sayı: 660
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır