Tarix:23/11/13
Noyabrın 22-də 13 ölkədə "Xbox One"ın satışlarına başlanılıb. Korporasiya nümayəndələri bildiriblər ki, konsolun ilk sutkada nümayiş etdirdiyi satış göstəriciləri istehsalçının tarixində rekord nəticə kimi qeydə alınıb.
Qeyd edək ki, noyabrın 15-də "Xbox One"ın əsas rəqibi hesab edilən "Sony" şirkətinin "PS4" oyun qurğusu satışa çıxarılıb. Yaponiya istehsalçısı "PS4"-ün ilk sutka ərzində satış həcmi barədə məlumat verərək təkcə Şimali Amerika ərazisində 1 milyondan çox belə qurğunun satılmasını açıqlayıb. ABŞ və Kanadada "Xbox One"ın qiyməti 500 dollar, "PS4"-ün 400 dollar təşkil edir.
Analitiklərin proqnozlarına görə, 2014-cü ildə konsollar üçün oyunlar seqmentində 49 milyard dollarlıq artım müşahidə olunacağı (2013-cü ildə 44 milyard) halda mobil qurğular üçün oyunlar seqmentinin həcmi 13 milyard dollardan 17 milyard dollaradək artacaq, - "Lenta www.lenta.ru" yazır.
“Microsoft” sutka ərzində 1 milyondan çox “Xbox One” satıb
"Microsoft" korporasiyası "Xbox One" oyun qurğusunun satışa çıxarılmasından sonra ötən sutka ərzində 1 milyondan çox bu konsoldan satıb.Noyabrın 22-də 13 ölkədə "Xbox One"ın satışlarına başlanılıb. Korporasiya nümayəndələri bildiriblər ki, konsolun ilk sutkada nümayiş etdirdiyi satış göstəriciləri istehsalçının tarixində rekord nəticə kimi qeydə alınıb.
Qeyd edək ki, noyabrın 15-də "Xbox One"ın əsas rəqibi hesab edilən "Sony" şirkətinin "PS4" oyun qurğusu satışa çıxarılıb. Yaponiya istehsalçısı "PS4"-ün ilk sutka ərzində satış həcmi barədə məlumat verərək təkcə Şimali Amerika ərazisində 1 milyondan çox belə qurğunun satılmasını açıqlayıb. ABŞ və Kanadada "Xbox One"ın qiyməti 500 dollar, "PS4"-ün 400 dollar təşkil edir.
Analitiklərin proqnozlarına görə, 2014-cü ildə konsollar üçün oyunlar seqmentində 49 milyard dollarlıq artım müşahidə olunacağı (2013-cü ildə 44 milyard) halda mobil qurğular üçün oyunlar seqmentinin həcmi 13 milyard dollardan 17 milyard dollaradək artacaq, - "Lenta www.lenta.ru" yazır.
Baxış sayı: 613
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır