12px13px15px17px
Tarix:23/11/13

AMEA-da texnopark yaradılacaq


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) idarəetməsinin təkmilləşdirilməsi istiqamətində bir sıra struktur dəyişiklikləri edilib. Dəyişikliklərin biri də Neft-Kimya Prosesləri İnstitutunda həyata keçirilib. Bu barədə AMEA prezidenti, akademik Akif Əlizadə jurnalistlərə verdiyi açıqlamasında söyləyib.
 
O, sözügedən institutun istehsal sahələrində texnoparkın yaradılması istiqamətində düşündüklərini bildirib:
 
 “Burada lazım olan imkanlar var. Buradakı istehsalı artırmaq, formalaşdırmaq, genişləndirmək lazımdır. Hesab edirəm ki, tədricən oranı texnopark səviyyəsinə qaldırmaq olar. Bunun üçün bizə sponsorlar lazımdır. Çünki texnopark yaratmaq uzunmüddətli və böyük vəsait tələb edən məsələdir. Düşünürəm ki, biz bu istiqamətdə getməliyik. Çünki  bütün dünya bu yolu tutub. Dünyanın elm mərkəzləri istehsalla birləşdirilib. Biz də bu yolda ilkin addımlarımızı atmışıq . Yəqin ki, bu addımlar öz bəhrəsini verəcək”.
 
SEYMUR
 



Baxış sayı: 737

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024