12px13px15px17px
Tarix:25/11/13

“Amazon” şirkəti “Kindle Paperwhite”in təkmilləşdirilmiş versiyası üzərində işləyir


 
“TechCrunch” nəşrinin məlumatına görə, “Amazon” şirkəti artıq gələn ilin əvvəlində növbəti dəfə “Kindle” qurğular xəttini təkmilləşdirmək niyyətindədir. Yeni “Kindle Paperwhite” qurğusunun iki ay əvvəl çıxarılmasına baxmayaraq, şirkətin insayderləri iddia edirlər ki, artıq 2014-cü ilin ikinci rübündə yeni “Paperwhite” çıxarılacaq ki, onun ekranının təsvir ölçüsü 300 ppi təşkil edəcək.
 
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, yeni ekran sayəsində “Paperwhite” rideri “Kobo Aura HD” cihazına birbaşa rəqib olacaq, sonuncuda ekranın təsvir ölçüsü 265 ppi təşkil edir və o, hazırda ən yüksək təsvir ölçülü ixtisaslaşdırılmış rider hesab edilir. Bu ilin oktyabrında çıxarılmış “Kindle Paperwhite” riderində ekrandakı piksellərin sıxlığı 212 ppi təşkil edir.
 
Emil Hüseynov
 



Baxış sayı: 646

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024