12px13px15px17px
Tarix:25/11/13

Müasir texnologiyaların tətbiqinin təşviq edilməsi məqsədi ilə bəzi mallar əlavə dəyər vergisindən azad edilib

Azərbaycanda yeni və müasir texnologiyaların tətbiqinin təşviq edilməsi məqsədi ilə ölkəyə gətirilən bəzi mallar əlavə dəyər vergisindən azad olunacaq. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bununla əlaqədar Nazirlər Kabinetinin (NK) rəsmi internet səhifəsində informasiya yerləşdirilib. 
 
Belə ki,  "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" 1998-ci il 22 aprel tarixli 91 nömrəli və "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarlarına əlavələr edilməsi barədə" Nazirlər Kabinetinin 2011-ci il 25 yanvar tarixli 17 nömrəli qərarında dəyişiklik edilməsi haqqında qərar qəbul edib. Qərarda bildirilir ki, NK bu addımı konstitusiyanın 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, qeyri-neft sektorunun inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi, yeni və müasir texnologiyaların tətbiqinin təşviq edilməsi məqsədi ilə İqtisadiyyat və Sənaye Nazirliyinin Maliyyə, Kənd Təsərrüfatı, Vergilər, Ədliyyə nazirliklərinin və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq atıb.
 
Qərara görə, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" 1998-ci il 22 aprel tarixli 91 nömrəli və "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarlarına əlavələr edilməsi barədə" 2011-ci il 25 yanvar tarixli 17 nömrəli qərarın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 68) 3-cü hissəsində "üç" sözü "altı" sözü ilə əvəz edilib.
 
 
SEYMUR



Baxış sayı: 616

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024