12px13px15px17px
Tarix:25/11/13

“Bakutel-2013”-də jurnalistlər üçün yenilik: müsahibələr üçün görüşü öncədən təyin edə bilərsiniz

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Birləşmiş Millətlər Təşkilatı, Rabitə sahəsində Regional Əməkdaşlıq Təşkilatı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondunun rəsmi dəstək verdiyi “Bakutel-2013” sərgi-konfransında mətbuat üçün yenilik nəzərdə tutulub. Belə ki, sərginin Təşkilat Komitəsi istifadəçilərə yeni xidmət növünü - müsahibə almaq məqsədi ilə sərgi iştirakçıları ilə görüşlərin təyin edilməsi üzrə onlayn sistemini təqdim edir:
 
“Sizi bizim sistemdən istifadə etməklə sərgi iştirakçıları ilə görüşlərin keçirilməsi barədə əvvəlcədən razılaşmağa dəvət edirik. İşgüzar görüşlərin təyin edilməsi üzrə sistem sizə sərginin başlanmasından əvvəl sərgi iştirakçılarının siyahısı ilə tanış olmaq, maraqlı olan şirkəti müəyyən etmək və onunla sərgidə görüş təyin etmək, ondan müsahibə və ya sərgidəki stend haqqında məlumat almaq və bununla da sərgidəki iş vaxtınızı öncədən planlaşdırmaq imkanını təmin edir”. Görüşü təyin etmək üçün isə sərginin rəsmi saytında “Müsahibələrin təyini” bölməsində verilmiş formanı diqqətlə dolduraraq qeydiyyatdan keçmək lazımdır.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 898

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024