Tarix:26/11/13
Son zamanlar Azərbaycan hökumətinin əsas məqsədlərindən biri kimi, vətəndaşlara göstərilən xidmətlərin rahat və operativ çatdırılması məsələsi ön plana çəkilir. Bu məqsədlə göstərilən xidmətlərin rahat əldə olunması üçün müxtəlif tədbirlər görülür, o cümlədən təqdim olunan xidmətlər elektronlaşır və nəticə kimi hökumətlə vətəndaş arasında münasibətlər yüksək templə elektron məkana keçir.
Bu tədbirlər sırasında məmur və vətəndaş arasında operativ əlaqələrin yaradılması vacib məsələlərdən biri hesab edilir. Bu səbəbdən də bir çox dövlət xadimləri və təşkilatları müxtəlif sosial şəbəkələrdə öz səhifələrini yaradırlar.
"Facebook" sosial şəbəkəsi isə bunların arasında ətrafına daha çox istifadəçi toplaya bilib. "Facebook" öz-özlüyündə elə bir ideologiya həyata keçirir ki, insanların bir-birləri ilə dostlaşması və məlumat paylaşılması üçün ən ideal bir məkana çevrilib.
Bu gün "Elektron hökumət" portalının "Facebook" səhifəsi (www.facebook.com/egov.az) dövlət qurumları və müəssisələri arasında 100 000 izləyici səddini keçən ilk dövlət müəssisəsinin səhifəsidir.
İzləyicilər səhifə vasitəsilə "Elektron hökumət" quruculuğunda həyata keçirilən işlər barədə məlumatlarla tanış ola bilər, həmçinin elektron xidmətlərlə bağlı yaranan sualların operativ cavablandırılması üçün səhifənin inzibatçılarına ünvanlaya bilərlər.
Qeyd edək ki, "Elektron hökumət" portalı dövlət qurumları tərəfindən əhaliyə xidmət göstərilməsinin yeni üsuludur. Vətəndaşlara dövlət tərəfindən göstərilən xidmətlər burada elektron mühitdə təqdim edilir.
100 000 izləyici səddini “Facebook” səhifəsində keçən ilk dövlət müəssisəsi - “Elektron hökumət”

Baxış sayı: 916
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib