12px13px15px17px
Tarix:27/11/13

500 min “Skype” istifadəçisi zərərə məruz qalıb


 
“ESET” antivirus şirkətinin yaydığı məlumata əsasən, 500 mindən çox istifadəçi kibercinayətkarların “qurbanı” olub.

“ICTnews” elektron xəbər xidməti “1news.az” saytına istinadən bildirir ki, daha öncə “Skype” və “Gtalk” kimi messencerlərdə genişmiqyaslı virus hücumu qeydə alınıb. İstifadəçilərə istinad üzrə keçid və fotoşəkillərə baxmaq təklifi edilib. Bu, avtomatik virusa yoluxdurulmuş proqram təminatı üzrə istinada keçidlə nəticələnib. İlk iki gün ərzində 500 mindən çox istifadəçi virusun “qurbanı” olub.

Braziliya, Almaniya, Kolumbiya, Meksika, həmçinin rusiyalı istifadəçilər virusdan daha çox zərər görüblər. Kibercinayətkarlar virusdan istifadəçilərin məxfi informasiyasını ələ keçirmək üçün istifadə ediblər. Təhlükə hələ də qalmaqdadır – “ESET” şirkətindən bildirilib.

Emil Hüseynov
 
 



Baxış sayı: 672

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024