Tarix:27/11/13
“Usability”
“Usability” - istifadəçinin iş prosesini asanlaşdıran və onun iş səriştəsinin artırılması məqsədilə hazırlanmış məhsul (proqram, sayt, xidmət sahəsi və s.) deməkdir. Bunu dörd əsas tələb üzərində izah etmək olar.
İstifadəçi təcrübəsinin zəruri cəhətləri.
İstifadəçi Təcrübəsi istifadəçinin ehtiyacları, dəyərləri, bacarıqları, eləcə də bacarmadıqlarını əhatə edən istifadəçi haqqında ətraflı məlumatlar üzərində mərkəzləşmişdir. Həmçinin layihənin qrup şəklində idarəsinin məqsəd və vəzifələri də istifadəçi təcrübəsinə aiddir. İT-nin ən yaxşı cəhəti istifadəçinin təqdim edilən məhsul ilə (proqram, sayt, hər hansı bir xidmət sahəsi və s) qarşılıqlı əlaqəsinin və istifadəçi tərəfindən onun hərtərəfli qavranılmasının keyfiyyətini inkişaf etdirməyi təmin etməkdir.
“Usability” sınağı istifadəçi ilə məhsulun (sayt, xidmət və s) və ya xidmətin keyfiyyətinin və tələblərə uyğunluğunun yoxlanılmasıdır. Adətən, sınaq ərzində iştirakçılar hər hansı tapşırığı tamamlamağa çalışır, müşahidəçilər isə nəzarət edir, dinləyir və qeydlər edir. Bu sınağın məqsədi məhsulun yararlılığında hər hansı problem varsa, müəyyən etmək, keyfiyyət və kəmiyyət üzrə məlumatlar toplamaq və məhsulun iştirakçıya uyğunluğunu təyin etməkdir. Səmərəli “Usability” sınağı üçün əsaslı sınaq planı hazırlamaq, iştirakçı cəlb etmək eləcə də əldə edilən nəticələri təhlil etmək və nəticə üzrə hesabat hazırlamaq lazımdır.
“Usability” sınağının üstünlükləri
Bu sınaq dizayn və inkişaf etdirmə komandalarına kodlaşdırmadan əvvəl mövcud olan problemləri müəyyən etməyə şərait yaradır. İlkin problemlər müəyyən edilir və aradan qaldırılır. Sınaq müddətində:
“Usability” - Məhsulun (proqram, sayt, xidmət sahəsi və s) əlverişli istifadəyə uyğunluğunun qiymətləndirilməsidir.
“Usability” - təkcə məhsulun, sistemin və ya istifadəçi interfeysinin birölçülü xüsusiyyəti deyil, aşağıda qeyd edilən amillərin kombinasiyasıdır:
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Usability”nin tətbiqi istiqamətində müvafiq işlərin görülməsinə başlayacaq
Bir həftədən sonra Rusiyada interaktiv sistemlərin insana yönəldilmiş planlaşdırması üzərində qurulan “Usability” ilə bağlı dövlət standartının tətbiqinə başlanılacaq. Sözügedən təcrübə hazırda dünyada geniş yayılıb. Azərbaycanda isə bu standart hələlik tətbiq edilmir. Məsələnin aktuallığını və “Usability”nin əhəmiyyətini nəzərə alan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu istiqamətdə müvafiq işlərin görülməsinə başlayacaq. Bəs bu standart özündə nəyi ehtiva edir?“Usability”
“Usability” - istifadəçinin iş prosesini asanlaşdıran və onun iş səriştəsinin artırılması məqsədilə hazırlanmış məhsul (proqram, sayt, xidmət sahəsi və s.) deməkdir. Bunu dörd əsas tələb üzərində izah etmək olar.
- “Usability” - istifadəçi necə və hansı məqsədlə proqramdan istifadə edir sualını düşünmək deməkdir. Müvəffəqiyyətli proqram təminatının (sayt, xidmət və s) hədəfi istifadəçinin məqsədi üzərində mərkəzləşir. İstifadəyə yararlı proqram təminatı (sayt, xidmət və s) yaratmağın birinci mərhələsi istifadəçinin məqsədini onun mühitindən, tapşırıq və iş prosesindən dərk etmək və proqramı (sayt, xidmət və s) bu tələblərə uyğun şəkildə dizayn etməkdir.
- “Usability” - məlumatın təhlilidir. O, sadəcə, dizaynerin təcrübəsinə yox, həm də istifadəçinin tələbləri üzrə toplanılan məlumatlara əsaslanır. Adi proqram təminatından fərqli olaraq, “Usability” real şəxsin proqramdan istifadəsinə istinad edir, eləcə də proqramı inkişaf etdirən amillərdən yararlanır.
- “Usability” – sadəcə, “istifadəni asanlaşdırmaq” anlayışını ifadə etmir. “Usability”nin çoxşaxəli xüsusiyyətləri aşağıdakılardır:
- Səmərəlilik
- Təsirlilik
- Səhvə davamlılıq (error tolerant)
- Cəlbedicilik
- Öyrənimlilik (asanlıqla öyrənilən)
- “Usability” - istifadəçi yönümlü dizayn deməkdir. İnterfeys istifadəçi yönümlü olduqda istifadəçinin hədəfləri, onun məntiqi modelləri, tapşırıqları və tələbləri təmin edilmiş hesab olunur. Təhlillər, dizayn və istifadəçinin nöqteyi-nəzərindən başlayaraq bütün dəyərləndirmələr hamısı bir yerdə istifadəyə yararlı proqram (sayt, xidmət və s) yaradır.
İstifadəçi təcrübəsinin zəruri cəhətləri.
İstifadəçi Təcrübəsi istifadəçinin ehtiyacları, dəyərləri, bacarıqları, eləcə də bacarmadıqlarını əhatə edən istifadəçi haqqında ətraflı məlumatlar üzərində mərkəzləşmişdir. Həmçinin layihənin qrup şəklində idarəsinin məqsəd və vəzifələri də istifadəçi təcrübəsinə aiddir. İT-nin ən yaxşı cəhəti istifadəçinin təqdim edilən məhsul ilə (proqram, sayt, hər hansı bir xidmət sahəsi və s) qarşılıqlı əlaqəsinin və istifadəçi tərəfindən onun hərtərəfli qavranılmasının keyfiyyətini inkişaf etdirməyi təmin etməkdir.
İstifadəçi təcrübəsinə təsir edən amillər. İstifadəçi təcrübəsinin əsasını təqdim edilən məhsulun (sayt, xidmət və s) istifadəçi tərəfindən ətraflı dərkinin təmini təşkil edir. Peter Morville bunu belə izah edir (şəkil 1). O qeyd edir ki, məna kəsb edən və yararlı İstifadəçi Təcrübəsi (User Experience) üçün məlumat aşağıda qeyd edilən tələblərə uyğun olmalıdır: Faydalı – məlumat öz ilkin formasında olmalı və ehtiyacı ödəməlidir. Münasib – saytın istifadəsi asan olmalıdır. Arzu olunan - Təəssürat oyatmaq və diqqət cəlb etmək üçün şəkil, fərdi məlumatlar, marka kimi dizayn elementlərindən istifadə edilməlidir. Axtarışa yararlı – Məlumat sayt daxilində və saytdan kənar axtarışa yararlı olmalıdır. Əlçatan – Məlumat istənilən şəxs tərəfindən əldə ediləcək formatda olmalıdır Etibar edilən - İstifadəçi təqdim edilən məlumata inanmalı və etibar etməlidir. |
şəkil 1 |
“Usability” sınağının üstünlükləri
Bu sınaq dizayn və inkişaf etdirmə komandalarına kodlaşdırmadan əvvəl mövcud olan problemləri müəyyən etməyə şərait yaradır. İlkin problemlər müəyyən edilir və aradan qaldırılır. Sınaq müddətində:
- İştirakçının tapşırığı müvəffəqiyyətlə tamamlayıb və ya tamamlamaması
- İştirakçının tapşırığı nə qədər vaxta tamamlaması
- İştirakçının məhsuldan (proqram, sayt, xidmət sahəsi və s) məmnunluğu
- İştirakçı işini və məmnunluğunu artıracaq, tələb olunan dəyişiklikləri müəyyən edilir.
- Alınan nəticənin məqsədəuyğunluğu təhlil edilir.
“Usability” - Məhsulun (proqram, sayt, xidmət sahəsi və s) əlverişli istifadəyə uyğunluğunun qiymətləndirilməsidir.
“Usability” - təkcə məhsulun, sistemin və ya istifadəçi interfeysinin birölçülü xüsusiyyəti deyil, aşağıda qeyd edilən amillərin kombinasiyasıdır:
- İntuitiv dizayn - praktiki olaraq saytın strukturunu və sayt üzrə naviqasiyanı anlamaq üçün səy tələb etməyən
- Rahat öyrənilən - istifadəçi interfeysi ilə yenicə tanış olan istifadəçinin tapşırığı icra etmə sürəti
- İstifadənin səmərəsi - təcrübəli istifadəçinin tapşırığı icraetmə sürəti
- Yadda saxlanılmalı - istifadəçinin növbəti istifadəsi üçün proseslərin yadda saxlanılma rahatlığı
- Xəta tezliyi və ağırlığı - sistemdən istifadə edərkən istifadəçinin səhv etmə tezliyi (yəni tez-tez səhv edərsə) və istifadəçi səhvlərinin ağırlığı, eləcə də istifadəçinin bu səhvləri aradan qaldırma metodları
- Subyektiv məmnunluq - İstifadəçinin sistemdən məmnunluğu
Baxış sayı: 1318
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı