12px13px15px17px
Tarix:28/11/13

“HTC” şirkəti Tayvanda “Desire” xəttindən dörd smartfon təqdim edib


“HTC” şirkəti Tayvanda “Desire” xəttindən dörd smartfon (Desire 700, Desire 601, Desire 501 və Desire 300) təqdim edib.

“Android Community” nəşri qeyd edib ki, bu modellərin bəziləri (Desire 601 və Desire 300) 2013-cü ilin sentyabrında Berlində keçirilmiş IFA çərçivəsində nümayiş etdirilib.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “Desire 700” smartfonu iki SIM kartla işləməyi dəstəkləyir. O, “Qualcomm Snapdragon S4” dördnüvəli prosessoru, 1 QB əməli yaddaş, 8 QB daxili yaddaş və 960x540 piksel təsvir ölçülü 5 düymlük ekranla təchiz edilib.

“Desire 700” smartfonunun əsas kamerası 8 meqapiksellikdir, ön paneldə isə 2,1 meqapiksellik kamera quraşdırılıb.

“Desire 501” smartfonu 800x480 piksel təsvir ölçülü 4,3 düymlük ekranla, ikinüvəli prosessor, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaşla təchiz edilib.

“Desire 700” smartfonunun qiyməti 13,9 Tayvan dolları (470 dolları), “Desire 601”-da 10,9 min yeni Tayvan dolları (370 dollar), “Desire 501”-da  9,9 min yeni Tayvan dolları (330 dollar) və “Desire 300”-da 7,9 min yeni Tayvan dolları (270 dolları) təşkil edir.

Emil Hüseynov
 



Baxış sayı: 761

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024