Tarix:28/11/13
Kanadanın “BlackBerry” şirkəti (eyni adlı mobil qurğular istehsalçısı) “BBM Channels” sosial şəbəkəsini və quraşdırlmış “BBM” messencerini işə salır. Şirkət bu məhsullar sayəsində smartfonlarının populyarlığını geri qaytarmaq niyyətindədir.
Şirkətdəki böhran fonunda “BBM” servisi qiymətli məhsul hesab olunur. Servisin aylıq aktiv auditoriyası 80 milyon istifadəçini ötür. “BBM”-in əsasında sosial şəbəkənin istifadəyə verilməsi ilə bağlı qərar “BlackBerry”nin müvəqqəti baş direktoru Con Çenin şirkətdə başladığı yenidən təşkil şəraitində qəbul edilib. Sosial şəbəkənin məqsədi “BlackBerry” qurğularını korporativ qurğular kimi təqdim etməkdir.
“Twitter” mikrobloqlar servisini xatırladacaq “BBM Channels” servisindən əvvəlcə yalnız “BlackBerry” qurğularının istifadəçiləri yararlana biləcək. İstehsalçı sosial şəbəkəni şirkət və məşhur adamların öz müştəri və pərəstişkarları ilə ünsiyyəti üçün forum kimi qələmə verir.
Şirkət nümayəndələri bildirirlər ki, “BBM Channels” reklamın nümayiş olunmadığı pulsuz “BBM”-dən gəlir əldə etmək üçün əsas vasitə olacaq.
“Android” və “iOS” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğular üçün “BlackBerry Channels” versiyası yaxın aylarda təqdim olunacaq. Bir il əvvəl “BlackBerry” ayrı-ayrı ölkələrin bazarlarında “Android” və “iOS” üçün “BBM”-in versiyasını istifadəyə verib, - “Digit.www.digit.ru” yazır.
“BlackBerry” şirkəti “BBM Channels” sosial şəbəkəsini işə salır

Baxış sayı: 698
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır