Tarix:28/11/13
“Internet Corporation for Assigned Names and Numbers (ICANN)” internetin domen sisteminin radikal genişlənməsi çərçivəsində yeni “*.bike”, “*.clothing”, “*.singles” və “*.guru” domenlərinin qeydiyyatına başlayıb.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verilən məlumata əsasən, “News gTLD” proqramı çərçivəsində açılan yeni domen adları hazırda təkcə ticarət markalarının sahibləri üçün açıqdır. Onlar sərbəst qeydiyyat üçün 2014-cü ilin yanvar ayının sonunda açılacaq.
Ötən ay “ICANN” ərəb əlifbası ilə “veb”, Çin əlifbası ilə “oyun” və rus əlifbası ilə yazılan “onlayn” və “sayt” domenlərinin qeydiyyatını açıq elan edib. Növbəti bir neçə il ərzində təxminən 1400 yeni domen zonasının qeydiyyatı nəzərdə tutulub.
“ICANN”-da deyirlər ki, yeni domen zonaları internetdə biznesin qurulması prinsiplərini dəyişməyə imkan verəcəklər və interneti transformasiya edəcəklər.
İxtisaslaşdırılmış domen zonaları iqtisadiyyat nümayəndələrinə daha dəqiq mövqe tutmağa və şəxsə gözəl və yadda qalan domen adlarına malik olmaq imkanını verəcək.
Lakin bir sıra mütəxəssislər “ICANN”-ı tənqid edirlər, çünki o, ticarət nişanlarının sahibləri üçün əlavə xərclər yaradacaq və kibersaxtakarların fəaliyyəti üçün məkan açacaq.
“ICANN” yeni domen zonalarının tətbiqi mərhələsində 700 yeni gTLD-nin təsdiqlənməsini nəzərdə tutur.
Bu günədək “ICANN” ümumilikdə 9 domen zonasını təsdiqləyib: “*.guru”, “*.ventures”, “*.camera”, “*.clothing”, “*.lighting”, “*.singles”, “*.voyage”, “*.holdings” və “*.equipment”.
Aynur Vəliyeva
“ICANN” daha 9 yeni domen zonası təsdiqləyib

Baxış sayı: 731
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır