12px13px15px17px
Tarix:28/11/13

“LG” şirkətinə yeni prezidentlər təyin edilib


Cənubi Koreyanın müxtəlif istehlak elektronikası istehsal edən “LG Electronics” korporasiyası üç yeni prezidentin adını açıqlayıb.

Belə ki, “LG Electronics Mobile Communications” bölməsinin prezidenti və icraçı direktoru Çonq-seok Pak, baş maliyyə direktoru və icraçı vitse-prezident Çjunq Do-hyun və “LG Corporation” bölməsinin icraçı vitse-prezidenti Ha Hyun-hoyinin vəzifələri böyüdülüb. Ha Hyun-hoyin televizor və ev əyləncəsi üçün digər elektronikanın buraxılışına məsul olan “LG Home Entertainment” bölməsinin baş direktoru vəzifəsini də icra edəcək.  

Bundan başqa, Kvon Hi-Von “LG” prezidenti vəzifəsindən gedib, lakin şirkətdə müşavir qismində fəaliyyətini davam etdirəcək. “The Korea Herald” nəşrinin məlumatına görə, onun istefası “LG” televizorlarının satış həcminin azalması ilə əlaqədardır.

“NPD DisplaySearch” şirkəti analitiklərinin məlumatına görə, “LG” televizor istehsalından əldə edilən mədaxilin məbləğinə görə istehsalçılar arasında ikinci yeri tutur. Bu bazarda şirkətin mənfəəti televizorların qiymətini aşağı salmağa məcbur edən Çin istehsalçıları tərəfindən aparılan rəqabət səbəbindən azalır.


Buna görə Cənubi Koreya şirkəti mobil qurğular, ev əyləncəsi və məişət texnikası daxil olmaqla bir neçə istiqaməti inkişaf etdirməyi düşünür. Hər biznes bölmələrin daha səmərəli işi üçün öz tədqiqat və işləmələr mərkəzinə malik olacaq, - "DailyComm www.dailycomm.ru” yazır.



Baxış sayı: 747

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024