Tarix:28/11/13
Qeyd edək ki, “Yeni Fikir Müsabiqəsi” (YFM) “QUTechnopark”ın təşkil etdiyi sahibkarlığa dəstək layihəsidir. Bu layihəni keçirməklə texnopark ölkədə sahibkarlığın inkişafına dəstək verir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəlməsinə səbəb olur. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.
YFM ildə bir dəfə keçirilir.
Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilərlər.
Müxtəlif sahələrdə təhsilin inkişafında innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti texnopark fəaliyyətində də Azərbaycanda yeniliyə imza atdı. Beynəlxalq təcrübəyə əsaslanaraq “QUTechnopark” formalaşdırıldı. YFM “QUTechnopark”ın həyata keçirdiyi müxtəlif layihələrdən biridir.
Həqiqət İSABALAYEVA
“QUTechnopark”dan gənc təşəbbüskarlara ismarış: “Öz biznes ağacını yetişdir!”
“Öz biznes ağacını yetişdir!” – Bu, müstəqil şirkətini qurmaq istəyənlərə “QUTechnopark”ın (Qafqaz Universiteti Texnoparkı) ismarışıdır. Belə gənclər üçün yeni fürsətlər yaradan texnoparkın təşkil etdiyi “ Yeni Fikir Müsabiqəsi 2014” layihəsində qalib gələn 3 komandaya pul mükafatları ayrılıb. 1-ci yerə 10 000 manat; 2-ci yerə 5 000 manat, 3-cü yerə 3 000 manat verilməsi nəzərdə tutulur. “QUTechnopark”dan qeyd edilib ki, layihə əsasında ən yaxşı iş fikri seçiləcək ilk 5 komanda isə “QUTechnopark” İnkubasiya Mərkəzində 1 illik ofislə təmin olunacaq: “Bu və ya digər mükafatlar gənc təşəbbüskarları (StartUp-çıları) gözləyir. Ətraflı məlumatı “www.yenifikir.az” veb-səhifəsindən əldə etmək olar”.Qeyd edək ki, “Yeni Fikir Müsabiqəsi” (YFM) “QUTechnopark”ın təşkil etdiyi sahibkarlığa dəstək layihəsidir. Bu layihəni keçirməklə texnopark ölkədə sahibkarlığın inkişafına dəstək verir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəlməsinə səbəb olur. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.
YFM ildə bir dəfə keçirilir.
Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilərlər.
Müxtəlif sahələrdə təhsilin inkişafında innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti texnopark fəaliyyətində də Azərbaycanda yeniliyə imza atdı. Beynəlxalq təcrübəyə əsaslanaraq “QUTechnopark” formalaşdırıldı. YFM “QUTechnopark”ın həyata keçirdiyi müxtəlif layihələrdən biridir.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1008
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır