12px13px15px17px
Tarix:28/11/13

Dövlət Sosial Müdafiə Fondunun əhaliyə təqdim etdiyi elektron xidmətlərdən 150 mindən çox istifadəçi yararlanıb

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az) keçirilən növbəti interaktiv sorğu başa çatıb. Budəfəki sorğu zamanı respondentlərə "Rüblük (illik) hesabatları və sığortaolunanlar barədə məlumatları elektron formada təqdim edirsinizmi" sualı ünvanlanıb.
 
Sorğunun nəticələrinə əsasən, respondentlərin böyük əksəriyyəti, 54,1 faizi hesabatları elektron formada təqdim etdiyini bildirib. 15,8 faiz isə köhnə qaydaya üstünlük verdiyini nəzərə çatdırıb. Sorğuya qatılanların 30,1 faizi bu sahədə qismən məlumatlı olduğunu qeyd edib.  Fonddan qeyd edilib ki, bu ilin ötən dövründə DSMF-nin "Elektron  hökumət" portalına (www.e-gov.az) inteqrasiya olunan elektron xidmətlərindən, o cümlədən Fondun saytı (www.dsmf.gov.az) vasitəsilə göstərilən elektron xidmətlərindən ümumilikdə 150 mindən çox  istifadəçi yararlanıb.  Cari ilin ikinci yarısından etibarən isə beynəlxalq praktikada ilk dəfə olaraq  Azərbaycanda vahid  mərkəzdən  avtomatlaşdırılmış  pensiya  təyinatı tətbiq olunmaqdadır. Bu elektron xidmət pensiyaya yeni çıxan vətəndaşların ən çox müraciət etdiyi xidmətlərdən biridir.
 
 
 Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində DSMF-nin əhaliyə təqdim etdiyi elektron xidmətlərin sayı 21-ə çatdırılıb. İlin sonuna kimi bir sıra yeni xidmətlərin "Elektron hökumət" portalına inteqrasiya olunması nəzərdə tutulur.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 592

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024