Tarix:29/11/13
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi stasionar şəbəkədə nömrələrin daşınması xidmətini onlayn rejimdə bir gün ərzində həyata keçirir.
BTRİB-in baş direktoru Beytulla Hüseynovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, bu xidmət artıq Bakı şəhərinin stasionar rabitə şəbəkəsində təqdim edilir və istənilən abunə yaşadığı yerdən köçdüyü zaman öz telefon nömrəsini yeni ünvana köçürə bilər.
"Bu servis Məlumat Hesablama Mərkəzinin saytında elektron xidmət kimi də təqdim edilir və istənilən abunə onlayn rejimdə öz nömrəsini bir ünvandan digər ünvana keçirmək üçün internet üzərindən müraciət etsə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi bu işi bir gün ərzində həll edə bilər. Yeni xidmətin daha bir üstünlüyü onun on dəfə ucuzlaşmasıdır. Belə ki, əvvəllər abunə yeni ünvana keçdikdə telefon nömrəsini yaşadığı yerin xidmət göstərildiyi stansiyaya təhvil verib, yeni ünvandakı stansiyadan yeni nömrənin ayrılması üçün 30 manat ödəyərək müraciət edirdisə, hazırda telefon nömrəsi bir ATS-in ərazisindən digər ATS-in ərazisinə daşındığı halda abunə buna görə cəmi 3 manat ödəyir",- deyə o bildirib.
Aynur Vəliyeva
Bakının stasionar rabitə şəbəkəsində nömrələrin daşınması sistemi tətbiq edilib

Baxış sayı: 911
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı