Tarix:29/11/13
2013-cü ilin üçüncü rübünün yekunları üzrə “Apple” şirkəti 33,8 milyard müxtəlif növ "iPhone” smartfon modeli buraxıb ki, bu da bir il əvvəlki göstəricidən 25,7 faiz çoxdur. Bu barədə “Digitimes Research” şirkəti analitiklərinin hesabatında deyilir.
Ekspertlərin sözlərinə görə, "iPhone 5c” modeli qiymətin məhsuldarlığa olan aşağı nisbətinə görə qabaqcıl "iPhone 5s” modelindən pis satılır. ABŞ istehsalçısı köhnə modelləri bazarda saxlamaq qərarına gələrək iqtisadiyyatı inkişaf etməkdə olan ölkələr üçün onların qiymətini aşağı salıb.
Bunun nəticəsində “iPhone”un orta dəyəri üçüncü rübdə 577,2 dollara – rekord aşağı səviyyəyə enib və şirkət mobil biznesin rentabelliyinin zərərinə olaraq daha çox telefon satmaq qərarına gəlib.
“Digitimes Research” nümayəndələri güman edir ki, 2013-cü ilin sonuncu rübünün yekunları üzrə “Apple” yeni modellər sayəsində smartfonların satış həcminə görə rekorda imza ata bilər. Lakin buna baxmayaraq şirkətin inkişaf etməkdə olan regionlarda zəif mövqeyə malik olması səbəbindən bazar payını genişləndirməsi inandırıcı görünmür. Belə ki, bu regionlarda “iPhone 5c” modelinin qiyməti əvvəlcədən nəzərə tutulduğu kimi ucuz hesab edilmir. Məsələn, Çində bu qurğunun qiyməti 700 dolları ötür.
Məhz Çin “Apple”ın potensial artımı hesab olunur. ABŞ istehsalçısı artıq ölkənin mobil telefon istifadəçilərində payı 70 faiz təşkil edən yerli "China Mobile” operatoru ilə saziş imzalayıb, - "IT Expert www.itexpert.org.ua” yazır.
“Apple” smartfonların buraxılışını 25 faiz artırıb

Baxış sayı: 631
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır