12px13px15px17px
Tarix:29/11/13

Britaniyalı İT mütəxəssisi virtual puldan 7,5 milyon dollar qazanıb


 
Britaniyalı İT mütəxəssislərindən biri özü də gözləmədən, köhnə noutbukunda sərt diski bərpa edərək zənginləşib.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, Jeyms Hauells bildirib ki, 2009-cu ildə bu sərt diskin 100 dollardan çox qiyməti yox idi, hazırda isə onun qiyməti 7,5 milyon dollar təşkil edir və formal olaraq bu pullar Hauellə məxsusdur.

Bu necə mümkündür? “Bitcoin” vasitəsilə 2009-cu ildə o, rəqəmli pul cüzdanı yaradıb və pul kisəsində o vaxt heç bir dəyəri olmayan 7500 virtual “bitcoin” qəpik yerləşdirib. Hauell dəqiqləşdirməyib ki, bu 7500 “bitcoin”i necə əldə edib, lakin deyib ki, bu ilin iyul ayının ortalarında artıq çoxdan ölmüş sərt diski necə həyata qaytarmaq haqda düşünüb, , iyulda isə 1 “bitcoin”in qiyməti 90 dollar olub. Bu gün isə bir virtual qəpiyin qiyməti 1000 dollardan çoxdur, beləliklə,  7500 “bitcoin”in qiyməti 7,5 milyon dollardır.
 

“Guardian” qəzetinin məqaləsinə əsasən, mühəndisdə rəqəmli pul cüzdanının arxiv nüsxəsi olmayıb, pul cüzdanının özü rəqəmli açar ilə mühafizə edilib.

Hauell deyib ki, “bitcoin”i, kompüterinin imkanlarını bəzi riyazi proqramların işləməsi üçün təqdim etməsinin əvəzində təklif olunan mükafat kimi qazanıb. Sonralar mühəndis kompüterindən istifadə etməyə icazə verməyib, çünki kompüter bu proqramlar ucbatından həmişə yeklənmiş olub və ondan istifadə etmək mümkün olmayıb.

Aynur Vəliyeva



Baxış sayı: 709

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024