12px13px15px17px
Tarix:29/11/13

Azərbaycanda ilk dəfə “Vikipediya”da iş qaydalarını əyani şəkildə izah edən onlayn videodərslər hazırlanıb


 
Azərbaycanda ilk dəfə olaraq, “Vikipediya”da iş qaydalarını əyani şəkildə izah edən onlayn videodərslər hazırlanıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən icra edilən “VikiHərəkat” layihəsi çərçivəsində hazırlanan videodərslər “Vikipediya”da hesabın yaradılması kimi sadə addımlardan başlayaraq, məqalələrin yazılması, redaktə edilməsi, şəkillərin və şablonların əlavə edilməsi, o cümlədən digər ümumi qaydaları əhatə edir. Təqdim olunan 7 video dərsdən istifadə edərək, internet istifadəçiləri daha rahat və müstəqil şəkildə “Vikipediya”da işləməyi öyrənə bilərlər.
 
Hazırlanmış videodərslər “www.viki.agta.az” saytının Videodərslər bölməsində (http://agta.az/viki/?page_id=33) yerləşdirilib.
 
Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsinin məqsədi “viki-mühit”də Azərbaycan dilində onlayn kontentin genişləndirilməsinə istiqamətlənib.
 
Ölkəmizə dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi, ölkəmizdə “Vikipediya” könüllülük hərəkatının yayılması məsələlərini əhatə edən layihə “Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq ilin sonuna qədər davam edəcək.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 958

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024