12px13px15px17px
Tarix:29/11/13

2014-cü ildə iri maye-kristal panellərin tədarükü 1,4 faiz azalacaq


2014-cü ildə ölçüsü 9 düym və daha yuxarı olan iriölçülü “TFT LCD” panellərinin tədarük həcmi 675 milyon ədədə çatacaq ki, bu da bir il əvvəldən 1,4 faiz azdır. Tədarük həcminin azalmasına baxmayaraq buraxılan panellərin sayı 4,1 faiz artacaq, halbuki 2013-cü ildə bu müsbət dinamika 2 faizə bərabər olacaq. Bunu “Digitimes Research” şirkətinin analitikləri proqnozlaşdırır.  
Ekspertlərin qiymətləndirməsinə əsasən, maye-kristal panellərin istehsalı illik hesablamada yalnız 0,7 faiz yüksələcək. Bununla yanaşı, “Ultra HD” formatlı televizor panellərinin tədarük həcmi 15,3 milyon ədəd təşkil edərək 2013-cü ilin göstəricisini 400 faiz ötəcək.
Bu il “LCD” televizorların panellərlə müqayisədə az buraxılacağı gözlənilir. Ekspertlərin proqnozuna görə, bu həcm uyğunsuzluğu 2014-cü ildə qorunub saxlanacaq.

Monitor və noutbuklar seqmentində azalma proqnozlaşdırıldığı halda monoblok kompüterlər üçün panel istehsalçıları həcmi cüzi genişləndirə biləcək.


“IHS” analitik agentliyinin məlumatına görə, 2013-cü ilin ilk doqquz ayı ərzində monitor və noutbuklar üçün panellərin tədarükü müvafiq olaraq 121,5 və 140,6 milyon ədədə bərabər olub ki, bu da ötən ildə qeydə alınan 135,5 və 174,9 milyon ədədlik göstəricidən 10 və 20 faiz azdır.

7-8,9 düymlü “TFT LCD” panellərin tədarükü gələn il 4,6 faiz artacaq, - "DailyComm www.dailycomm.ru” yazır.  





Baxış sayı: 639

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024