12px13px15px17px
Tarix:29/11/13

“Apple” şirkəti iki patentin pozulmasında günahlandırılır


“Apple” şirkətinə qarşı “DSS Technology Management” patent şirkəti tərəfindən iddia qaldırılıb.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, şirkət bildirib ki, “Apple” onun simsiz fərdi qurğuların istifadəsi ilə bağlı iki patentinin hüquqlarını pozub.

“DSS” şirkətində bildiriblər ki, “Apple” şirkəti “Mac Mini”, “iPad”, “iPhone”, “iPod Touch”, “iPod Nano” və hələ buraxılmayan “Mac Pro” modelinin istehsalında qanunsuz patentlər istifadə edib. Əsas qanun pozuntusu bir kanal vasitəsilə bir qurğudan   digər  qurğulara məlumatların ötürülməsində “Bluetooth” texnologiyasının istifadəsidir.

“DSS”-dən bildiriblər ki, oktyabrda qeyd edilən patentləri öncəki sahibindən alaraq istifadə hüququ əldə ediblər. İkinci patent az güclü “Bluetooth” qurğularının istehsalı ilə bağlıdır.
Rəsmi olaraq DSS bildirib ki, şirkət elmi araşdırma, patentləşdirmə və lisenziyalaşma ilə bağlı fəaliyyət həyata keçirir, lakin təcrübədə DSS kimi hüquq subyektləri “patent trolları” adlanırlar.

Aynur Vəliyeva
 



Baxış sayı: 681

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024