12px13px15px17px
Tarix:30/11/13

“NATO-nun kommunikasiya çağırışları və tərəfdaş ölkələr” mövzusunda seminar keçiriləcək

Azərbaycanın hərbi qüvvələri “Viking 2014” kompüter dəstəkli komanda-qərargah təliminin Yekun Planlaşdırma konfransında iştirak edəcək.  “ICTnews” xəbər xidmətinin məlumatına görə, Müdafiə Nazirliyi  “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində, fərdi tərəfdaşlıq proqramına əsasən və keçiriləcək  digər tədbirlərin siyahısını açıqlayıb.
 
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, “Viking 2014” kompüter dəstəkli komanda-qərargah təliminin Yekun Planlaşdırma konfransı bu il dekabrın 3-5 tarixlərində İsveçin Balsta şəhərində düzənlənəcək.
 
Cari ilin dekabrın 4-5 tarixlərində isə “Tərəfdaşlar arasında informasiyanın canlı idarə edilməsi sistemi (ePRIME) kursu” reallaşacaq. Bu tədbir də  Belçikanın Brüssel şəhərində baş tutacaq.
 
Bundan başqa, “NATO-nun kommunikasiya çağırışları və tərəfdaş ölkələr” mövzusunda seminarının keçirilməsi planlaşdırılır. Sözügedən seminarın bu ilin son ayının 11-12 tarixlərində  təşkil edilməsi nəzərdə tutulub.
 
SEYMUR
 



Baxış sayı: 718

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024