Tarix:02/12/13
"Bakutel-2013" 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransının iştirakçılarına
Hörmətli sərgi və konfrans iştirakçıları!
Sizi "Bakutel-2013" 19-cu Beynəlxalq sərgi və konfransının açılışı münasibətilə təbrik edir, fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Regionun informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə ən iri tədbiri olan bu sərgi və konfrans əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi, texniki və texnoloji yeniliklərlə tanış olmaq, qabaqcıl təcrübə mübadiləsi və faydalı əməkdaşlıq üçün əlverişli platformadır. Builki sərgidə dünyanın bir çox aparıcı İKT şirkətlərinin iştirakı, 20-dən çox ölkənin milli pavilyonlarının təşkili "Bakutel"in nüfuzunun ildən-ilə artmasını göstərir.
Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Əhalinin 70%-i internet istifadəçisidir, 50%-i isə genişzolaqlı xidmətlərdən istifadə edir. Mobil rabitədə hər 100 nəfərə 110 mobil abunəçi düşür, "3G" və "4G" texnologiyaları tətbiq edilir. Ölkə əhalisi rəqəmli televiziya yayımı ilə əhatə olunub. "Elektron hökumət" həllərinin tətbiqi, vətəndaşlara təqdim olunan elektron xidmətlərin sayı və bu xidmətlərdən istifadə səviyyəsi artır. Kənd yaşayış məntəqələri də daxil olmaqla, bütün ölkə ərazisini əhatə edən fiber-optik infrastrukturun qurulması və "evlərə optika" prinsipi ilə yüksəksürətli genişzolaqlı internet xidmətlərindən istifadə imkanı yaradan layihənin həyata keçirilməsinə hazırlıq aparılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə İKT sektorunun inkişafını daim diqqət mərkəzində saxlayır və ölkə başçısının Sərəncamı ilə 2013-cü ilin Azərbaycanda "İKT ili" elan olunması bunun əyani təzahürüdür. "İKT ili" ölkəmizdə əlamətdar bir hadisə – "Azerspace-1" ilk milli telekommunikasiya peykinin orbitə çıxarılması ilə başlayıb. Ölkədə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, "Yüksək Texnologiyalar Parkı"nın, Elektron Təhlükəsizlik Mərkəzinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin fəaliyyəti təşkil olunub. Yeni yaradılan İnformasiya Texnologiyaları Universiteti artıq ilk tələbələrini qəbul edib. Bütün bunlar gələcəyə yönəlmiş addımlar olaraq, ölkəmizin davamlı inkişafı üzrə qarşıya qoyulmuş məqsədlərə çatmaqda mühüm rol oynayacaq.
Azərbaycan, həmçinin bir çox regional layihələrin, o cümlədən İKT sahəsində layihələrin təşəbbüskarı kimi çıxış edir. Bu layihələrdən olan "Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)" layihəsi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qətnamələri ilə dəstəklənmiş və onun həyata keçirilməsi üçün Avrasiya Rabitə Alyansının yaradılması istiqamətində mühüm addımlar atılıb. Ölkəmizin "EPEG (Europe-Persia Express Gateway)" layihəsində iştirakı isə internetə tranzit çıxış imkanlarımızın artmasına səbəb olacaqdır.
Bu gün Azərbaycan İKT-nin inkişaf səviyyəsinə görə inkişaf etmiş ölkələrlə inkişafda olan ölkələr arasında yer alır. Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirməsinə əsasən, Azərbaycan son 10 ildə İKT sahəsində dünya üzrə dinamik inkişaf edən ilk 10 ölkə sırasındadır. Dünya İqtisadi Forumunun 2013-cü il hesabatında Azərbaycan şəbəkə hazırlığı indeksinə görə 144 ölkə arasında 56-cı, internet istifadəçilərinin sayına görə isə Müstəqil Dövlətlər Birliyi və Mərkəzi Asiya ölkələri arasında 1-ci yeri tutub.
Builki sərgi və konfransın gedişində bir çox mühüm tədbirlərin, o cümlədən Kibertəhlükəsizlik üzrə Beynəlxalq konfransın keçirilməsi və həmin tədbirlərdə xarici ölkələrin dövlət rəsmilərinin, nüfuzlu beynəlxalq təşkilat və şirkət rəhbərlərinin, alimlər və mütəxəssislərin geniş iştirakı sərginin əhəmiyyətini daha da artırır.
Ümidvaram ki, sərgi və konfrans çərçivəsində keçirilən görüşlər, müzakirə olunan məsələlər ölkəmizdə İKT-nin inkişafına, yeni faydalı əməkdaşlıq və işgüzar münasibətlərin qurulmasına mühüm töhfə verəcək.
"Bakutel-2013" 19-cu Beynəlxalq sərgi və konfransının bütün iştirakçılarına ən səmimi arzularımı çatdırır, uğurlar diləyirəm.
Ən xoş arzularla:
Əli ABBASOV,
Azərbaycan Respublikasının
rabitə və informasiya texnologiyaları naziri
Nazir: ““Bakutel-2013” çərçivəsində keçirilən görüşlər, müzakirə olunan məsələlər ölkəmizdə İKT-nin inkişafına mühüm töhfə verəcək”

Baxış sayı: 1924
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı