12px13px15px17px
Tarix:13/08/11

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni elektron müraciət mexanizminin tətbiqinə başlayıb

Balakən rayonunda cümə günü Əhalinin Sosial Müdafiəsi Mərkəzində (ƏSMM) alternativ müraciət mexanizmlərinin tətbiqinə başlanılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilir. Yeni müraciət mexanizmlərinin əsas cəhəti ünvanlı sosial yardım (ÜSY) üçün ərizə-anket formalarının həm online rejimdə, həm də poçt idarələri vasitəsi ilə qəbul edilməsindən ibarətdir. Sənəd qəbulundan sonra isə vətəndaşların mobil telefon nömrəsinə və elektron poçt ünvanına (əgər varsa) həmin müraciətin statusu ilə bağlı məlumatların göndərilməsi planlaşdırılır. 3 ay müddətində ÜSY üçün poçtla və elektron müraciətlərin təcrübədən keçirilməsi, həmçinin ƏSMM-lərdə məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və şəffaflığın tam təmin edilməsi məqsədilə işçilərin yeni vəzifə bölgülərinin işlənməsi nəzərdə tutulur.
Aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş ÜSY proqramının şəffaf şəkildə icra olunması, məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və qərar qəbul etmə prosesində subyektiv amillərin aradan qaldırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ÜSY üçün alternativ müraciət mexanizmlərinin tətbiqi işləri davam etdirilir. İlkin olaraq, bu sistemin seçilmiş pilot rayonlardan biri olan Cəlilabad rayonunda sınaqdan keçirilməsinə başlanılıb.



Baxış sayı: 2700

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024