12px13px15px17px
Tarix:02/12/13

Azərbaycanda daxil olan trafikin orta sürəti 5 Mbit/s-yə yaxınlaşıb

“Ookla” şirkəti “Speedtest.net” xidmətinin məlumatlarına, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürətinə dair növbəti reytinq tərtib edib. Şirkətin "NetIndex" reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 4.82 Mbit/s təşkil edir. Xatırladaq ki, ötən ay bu göstərici 4.71 Mbit/saniyə olub.

Bakı üzrə bu göstərici 5.41 Mbit/s, Sumqayıt üzrə isə 3.00 Mbit/s təşkil edir.

Nəticələr şirkətin 2013-cü il noyabrın 1-dən noyabrın 30-dək apardığı eksperimental araşdırmalar əsasında əldə edilib. Testlərin aparılması üçün 364239 unikal IP ünvanı seçilib.

Azərbaycan daxil olan trafik reytinqi üzrə ötən ayla müqayisədə 1 pillə geriləyərək 119-cu yerdə qərarlaşıb. Sözügedən reytinqdə ilk üçlükdə müvafiq olaraq Honkonq (70.92 Mbit/s), Sinqapur (53.71 Mbit/s) və Rumıniya (52.80)  qərarlaşıb.

Xaric olan trafikin orta sürəti 2.53 Mbit/saniyə təşkil edir. Xaric olan trafik üzrə reytinqdə Azərbaycan ötən ayla müqayisədə 7 pillə irəliləyərək 109-cu yerdə qərarlaşıb. Bakı üzrə bu göstərici 2.88 Mbit/s, Sumqayıt üzrə isə 0.58 Mbit/s təşkil edir. Sözügedən reytinqdə ilk üçlükdə müvafiq olaraq Honkonq (58.55 Mbit/s), Cənubi Koreya (40.70 Mbit/s) və Sinqapur (38.08 Mbit/s) yer alıb.

Emil Hüseynov



Baxış sayı: 1312

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024