12px13px15px17px
Tarix:02/12/13

Bu ilin yekununa görə televizorların tədarük həcmi 1.7% azalacaq

“WitsView” şirkəti ekspertlərinin gəldiyi nəticəyə əsasən, 2013-cü ilin yekununa görə, qlobal maye kristal televizor bazarında azalma qeydə alınacaq. Buna dünya iqtisadiyyatının zəifləməsi və beynəlxalq televiziya brendlərinin istehlakçılar üçün maraqlı yeniliklər təqdim edə bilməməsi səbəb olacaq.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki,  gözləntilərə əsasən, 2013-cü ildə dünya istehsalçıları 203.1 milyon maye kristal ekran tədarük edəcəklər ki,  bu da 2012-ci ilin nəticəsindən 1.7% aşağıdır.

“WitsView” şirkətinin proqnozuna əsasən, Cənubi Koreyanın “Samsung” və “LG” şirkətləri televizor seqmentində liderliyini qoruyub saxlayacaq və ilin nəticəsinə görə televizorların tədarük həcmini 5.8% artıracaqlar. Bunu nəzərə alsaq, onların bazar payı 35.1% olacaq.

Tədqiqat materialında, həmçinin çox yüksək ölçülü təsvir ölçüsünü (Ultra HD) dəstəkləyən televizorlar xatırlanıb. Qiymətləndirmələrə görə, 2013-cü ildə bazara 2.1 milyon sözügedən model buraxılacaq. “UHD TV”-nin zəif tempi qiymətinin yüksək olması ilə izah olunur.

Emil Hüseynov




Baxış sayı: 1152

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024