12px13px15px17px
Tarix:03/12/13

"Bakutel 2013" sərgisinin ilk günü 130-dan artıq vətəndaşa e-imza kartı hədiyyə edilib

Məlum olduğu kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2013-cü il Azərbaycanda "İKT ili" elan edilib. Bu proqram çərçivəsində artıq 2 dekabr tarixindən etibarən Bakı Ekspo Mərkəzində telekommunikasiya və informasiya texnologiyaları sahəsində Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri - "Bakutel 2013" sərgisinə start verilib.
 
“Elektron hökumət” portalında e-xidmətlərdən istifadənin  artırılması məqsədi ilə və vətəndaşların e-xidmətlərə olan marağını nəzərə alaraq  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Bakutel-2013"  sərgisində “Elektron Hökumət Portalı” pavilyonu quraşdırılıb. Sərgi zamanı insan axınının ən böyük cəmləşdiyi dayanacaqlardan biri məhz bu pavilyon olub.
 
Artıq bir neçə gün əvvəldən bəzi  xəbər portallarında sərgi iştirakçılarının ödənişsiz e-imza vəsiqəsi və kart oxuyucusu ala biləcəyi anonsu verilmişdi. Bunun üçün pavilyona müraciət edən vətəndaşlar ilk növbədə  şəxsiyyət vəsiqəsini təqdim etməklə sadələşdirilmiş kod-parol əldə etməlidirlər.
 
Vətəndaşların yalnız pavilyon ərazisindən “www.e-gov.az” portalına daxil olaraq, elektron imza alınması üçün “Vətəndaşlar üçün elektron imza sertifikatları sifarişi”  onlayn müraciət formasını dolduraraq və ödənişsiz olaraq sifariş qəbul olunur. Müraciət forması qəbul olunduqdan sonra pavilyonda qısa zaman müddətində vətəndaşın adına olan    e-imza vəsiqələri hazırlanaraq,  kart oxuyucu ilə birlikdə onlara təqdim edilib. 
 
Beləliklə, "Bakutel 2013" sərgisinin ilk günü 130-dan artıq vətəndaş  e-imza üçün müraciət etdi və onlar Sertifikat Xidmət Mərkəzinə getmədən pulsuz e-imza kartına, kart oxuyucuya və “Elektron hökumət” portalının təqdim etdiyi bir neçə əlavə hədiyyələrə sahib olublar. Müraciətlərin çoxluğunu nəzərə alaraq MHM bildirir ki, müraciətdən sonra kartların hazırlanması müəyyən bir prosedur və vaxt tələb etdiyindən, vətəndaşın istəyi ilə o, hazır e-imza vəsiqəsini pavilyondan və ya növbəti həftə MHM-in mərkəzi qeydiyyat məntəqəsindən də əldə edə bilər.
 
Aksiyanın əsas məqsədi vətəndaşlarımızın “e-gov.az” portalı ilə əyani tanışlığı, e-imza vəsiqələri ilə işləmə bacarıqlarının əldə edilməsi, bu barədə sərgi ziyarətçilərinin və iştirakçılarının maksimum məlumatlandırılmasından ibarətdir.
 
  
 



Baxış sayı: 1206

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024