12px13px15px17px
Tarix:03/12/13

Fərdi kompüter bazarının həcmi azalmağa doğru gedir

“IDC” analitikləri cari ildə kompüter sahəsində əvvəl proqnozlaşdırılandan güclü eniş gözləyirlər.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlərin proqnozlarına görə, 2013-cü ildə 314,2 milyon fərdi kompüter buraxılacaq ki, bu da ötən illə müqayisədə 10,1% azdır. “IDC” ilk öncə bazarda 9,7% səviyyəsində azalma proqnozlaşdırıb, lakin “Windows 8.1” sisteminə zəif tələbata görə proqnoza düzəliş ediblər.

Cari ilin nəticəsinə görə, korporativ fərdi kompüterlərin istehsalı illik hesablamada 5%, istehlak seqmentində isə 15% azalacaq. Mənfi dinamika 2014-cü ildə də saxlanılacaq: analitik şirkətin fikrincə, bütün dünyada kompüterlərin satış həcmi 3.8% azalacaq.

Kompüter əsas hesablama qurğusu olaraq qalır, çünki istifadəçilər gündəlik onun arxasında daha çox vaxt keçirirlər. Lakin smartfon və planşet kimi cihazların populyarlığı insanların FK-dən az istifadəsi ilə nəticələnir.
İnkişaf etməkdə olan ölkələrin sakinlərinin də kompüterlərə marağı azalır, buna görə yaxın illərdə bu ölkələrdə kompüter tədarükləri yalnız cüzi faizlə artacaq. İnkişaf etmiş ölkələrdə FK tədarüklərinin həcmi azalacaq: 2013-cü ildə 132 milyondan 2017-ci ildə 120.8 milyonadək.

2017-ci ildə qlobal kompüter bazarının həcmi 305,1 milyon olacaq və onun 184,1 milyon ədədini noutbuklar təşkil edəcək.

Emil Hüseynov
 



Baxış sayı: 634

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024