12px13px15px17px
Tarix:06/12/13

Bu gün Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri peşə bayramlarını qeyd edirlər

Dekabrın 6-da Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri peşə bayramlarını qeyd edirlər.
 
 
 Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. O vaxtdan respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri öz peşə bayramlarını qeyd edirlər.
 
 
 Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Belə ki, 1881-ci il dekabrın 6-da Bakıda “Nobel qardaşları” cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilib.  
 
 
Ölkəmizdə rabitə sahəsi ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf etməyə başlayıb. Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü 70-80-ci illərə təsadüf edir. Həmin illərdə respublikaya rəhbərlik etmiş Heydər Əliyevin bu sahənin inkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqət o dövrün rəsmi sənədlərində geniş şəkildə öz əksini tapır.
 
 
Həmin illərdə poçt, teleqraf və teleradio proqramlarının yayımı sahələri də diqqətəlayiq inkişaf yolu keçib. Bakıda Dəmir yolu yanı poçtamt binasının, Rabitə evi, onlarla rayon mərkəzində rabitə qovşaqları üçün binaların, bundan başqa respublikada 300-dən çox poçt şöbəsi binasının tikintisi o dövrdə reallaşıb.
 
 
 
1979-cu ildə Heydər Əliyevin şəxsi rəhbərliyi altında yaradılmış komissiya tərəfindən Bakıda - köhnə Teleqüllənin yaxınlığında tikilməsi nəzərdə tutulan 310 metrlik yeni Teleqüllənin layihəsi təsdiq edilib və 1981-ci ildə obyektin tikintisinə başlanıb. Buna baxmayaraq bir sıra obyektiv və subyektiv səbəblər üzündən yeni Teleqüllənin istismara verilməsi ləngidilsə də, Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdə onun diqqət və qayğısı sayəsində xalqın istifadəsinə verilib.
 
 
 Həmçinin, 90-cı illərdə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra digər sahələr kimi Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektoru da inkişaf etməyə başladı,  ölkədə bu yeni sektorun inkişafı prosesi sürətlənirdi, Azərbaycanın internet seqmenti genişlənirdi.
 
Son illər ərzində Azərbaycanda informasiya texnologiyaları sektoru sürətlə inkişaf edir. İKT sahəsi üzrə gəlirlərin artım tempi dünya üzrə artım tempini bir neçə dəfə üstələyir.  Azərbaycanda rabitə və informasiya-kommunikasiya texnologiyaları sektorunun hazırkı sürətli inkişafı ümummilli liderin siyasi  kursunu davam etdirən möhtərəm Prezidentimiz  İlham Əliyevin şəxsi diqqəti və qayğısı nəticəsində əldə olunub. Dövlət başçısı çıxışlarında İKT sektorunun inkişafının zəruriliyini, eləcə də prioritetliyini və bilik iqtisadiyyatının yaradılmasındakı rolunu dəfələrlə qeyd edib.
 
 
Azərbaycan rəqəmli fərqliliyin aradan qaldırılması və regionun İKT mərkəzinə çevrilməsi  istiqamətində bir sıra mühüm irimiqyaslı regional layihələr həyata keçirir. “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM), milli telekommunikasiya peykinin orbitə çıxarılması, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının, Elektron Təhlükəsizlik Mərkəzinin və İnformasiya Texnologiyaları Universitetinin  yaradılması istiqamətində görülən işlər sektor üzrə həyata keçirilən işlərin bir qismidir. Ötən gün başa çatan “Bakutel-2013” sərgi-konfransı və bu çərçivədə həyata keçirilən tədbirlər Azərbaycanın qlobal informasiya cəmiyyətindəki yerini aydın görməyə imkan verir. İldən-ilə sərgidə iştirak edən beynəlxalq şirkətlərin və xarici ölkələrin sayının artması bu sərgi-konfransın böyük beynəlxalq nüfuza malik olmasının əyani təzahürüdür.
 
Bütün bunlar göstərir ki, ölkə başçısının diqqət və qayğısı ilə rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri İKT sektorunun inkişafı, əhalinin həyatın hər sahələrində informasiya texnologiyalarının imkanlarından bəhrələnməsi, sürətlə inkişaf edən rəqəmsal əsrdə ən qabaqcıl xidmətlərin təqdim olunması istiqamətində əllərindən gələni əsirgəmirlər.





Baxış sayı: 1193

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Fevral 2020

19/02/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmənin təhlükəli olduğunu etiraf edib

“Microsoft” korporasiyası sistemdə problemlər yaradan “Windows 10” yeniləməsini geri çağırıb.

19/02/20
“Windows 7” istifadəçiləri kütləvi hücuma məruz qalıblar

Kibertəhlükəsizlik üzrə mütəxəssislər “Windows 7” sisteminin idarəetməsi altında işləyən sistemlərə qarşı

19/02/20
2 ildən sonra smartfonları enerji ilə doldurmağa ehtiyac qalmayacaq

Kvant nöqtələrinə malik plyonka əsasında işığın enerjiyə çevrilməsi üçün yeni texnologiya ilə təchiz

19/02/20
Dünya İKT bazarının həcmi 4,30 trilyon dollara çatacaq

“International Data Corporation” (IDC) şirkəti 2020-ci ildə dünya informasiya-kommunikasiya texnologiyala

19/02/20
“Microsoft” korporasiyası “Android” üçün “Office” çoxfunksiyalı proqramını təqdim edib

“Microsoft” korporasiyası bir neçə il mobil qurğuların istifadəçilərinə öz sənəd, cədvəl və təqdimatların

19/02/20
Dünyada ən yaxşı ekrana malik smartfon məlum olub

Displeylərin yoxlanılması ilə məşğul olan “DisplayMate” şirkətinin mütəxəssisləri “Samsung Galaxy S20 Ult

19/02/20
Yer üçün təhlükəli asteroidlərin axtarışı üçün mexanizm yaradılıb

Niderlandın tədqiqatçılar qrupu Yer kürəsi üçün təhlükə törədən asteroidlərin axtarışı ilə məşğul olan ne

19/02/20
Kütlədə insanların bədən temperaturunu ölçən robotlar hazırlanıb

Koronavirusla mübarizə çərçivəsində Çin mühəndisləri kütlə içində insanların yüksək bədən temper

19/02/20
Koronavirus “Apple” şirkətinə ziyan vurub

“Apple” şirkəti Çində yayılan ölümcül koronavirusla əlaqədar 2020-ci ildə rüblük gəlir göstəric

18 02 2020

18/02/20
Regional Rabitə Birliyi MDB ölkələrinin Parlamentlərarası Assambleyasının Ekspertlər Şurasının 21-ci iclası keçirilib

Rusiyanın Sankt-Peterburq şəhərində Regional Rabitə Birliyi MDB ölkələrinin Parlamentlərarası 

18/02/20
II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçiriləcək “Hackathon” müsabiqəsinə qeydiyyat başladı

Kibertəhlükəsizlik və internet idarəçiliyi sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması və m

18/02/20
“LG” şirkəti qorunmuş korpusda üç yeni kamerofon təqdim edib

“LG” şirkəti K seriyasına məxsus üç yeni smartfon modelini təqdim edib. Bütün aparatlar

18/02/20
Mühəndislər havadan elektrik enerjisi əldə etməyi öyrəniblər

Massaçusets Texnologiya Universitetinin alimləri havadan elektrik enerjisi əldə etmək üçün texnologiya ha

18/02/20
“Sharp Aquos R5G” smartfonu təqdim edilib

Yaponiyanın “Sharp” elektronika istehsalçısı beşinci nəsil şəbəkələrini dəstəkləyən ilk qabaqcıl smartfon

18/02/20
“Samsung Galaxy S20 Ultra LTE” smartfonu buraxılacaq

“Samsung” şirkəti bir sıra regionlar üçün “Galaxy S20 Ultra LTE” adlı smartfon hazırlayır. Bu barədə şi

18/02/20
Çində məktəblərdə koronavirusun yayılmasına görə onlayn təhsil sisteminə başlanılıb

Çində ay təqvimi üzrə Yeni il bayramı ilə əlaqədar tətildən sonra məktəblərdə dərslər fevralın 17-də başl

18/02/20
“Google” ictimai yerlərdə ödənişsiz “Wi-Fi” layihəsinin fəaliyyətini dayandırır

“Google” şirkəti ictimai yerlərdə ödənişsiz “Wi-Fi” xidmətinin fəaliyyətini dayandırıb. Layihənin bağlan

18/02/20
Britaniya havanın proqnozlaşdırılması üçün superkompüterin alınmasına 1,6 milyard dollar ayırıb

Böyük Britaniya hökuməti müxtəlif hava və iqlim dəyişikliklərinin daha dəqiq proqnozlaşdırılması

18/02/20
“Mastercard” Avropada Kibertəhlükəsizlik Mərkəzi yaradıb

“Mastercard” şirkəti Belçikada yerləşən Avropa mənzil-qərargahı əsasında yeni Kibertəhlükəsizlik Mərkəzi

18/02/20
Yeni nəsil elastik robotlar olduqları yeri toxunuşla müəyyənləşdirəcəklər

Massaçusets Texnologiya İnstitutunun mühəndisləri yeni nəsil elastik robotlara olduqları yeri toxunuşla h