12px13px15px17px
Tarix:06/12/13

“Google” poçt və təqvimindən bütün məlumatları yükləməyə icazə verəcək

“Google” şirkəti, nəhayət ki, istifadəçilərin çoxdan gözlədiyi funksiyanı təqdim edib. Artıq “Gmail” poçtu və “Google Calendar” təqvimindən bütün informasiyanı sərt diskə yükləmək və ya başqa xidmətə import etmək mümkün olacaq.

“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, elektron poçtun arxivi MBOX formatında saxlanır. İnformasiyanı tamamilə yükləmək heç də vacib deyil: konkret lazım olanı yükləmək mümkündür.

Yeni imkan “Google Takeout” layihəsinin bir hissəsi olacaq. Hazırda o, “YouTube” videohostinqindən öz videolarını yükləməyə, “Gmail”də yerləşmə tarixini, “Google” çat və “Hangouts”un loqlarını, kontaktı və sairəni yükləməyə icazə verir.

Qeyd edək ki, hazırda “Gmail”in tərkibinin yüklənməsi hələ ki əlçatmazdır, hərçənd "Təqvim" artıq siyahıya əlavə edilib. “Google” söz verib ki, bu vəziyyət yaxın vaxtlarda aradan qaldırılacaq.

Emil Hüseynov
 
 
 



Baxış sayı: 745

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024