Tarix:06/12/13
“Microsoft” rəhbərliyinin dəyişilməsi fonunda şirkətin səhmlərinin qiyməti son 13 ildə rekord qiymət təşkil edib. Yeni CEO-nun adı hələlik məlum deyil.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, birja hərracının nəticəsinə görə dekabrın 4-də “Microsoft”un səhmlərinin qiyməti 1,6% artaraq 38,94 dollar olub ki, bu da 2000-ci ildə qeydə alınmış göstəriciyə çox yaxındır. O zaman bir səhmin qiyməti 39,25 dollar olub.
Proqram nəhənginin kotirovkası yeni baş direktorun təyin ediləcəyi haqqında şayiələrdən sonra qalxıb. Son məlumatlara əsasən, Stiv Balmerin varisinin adı 2013-cü ilin sonuna kimi məlum olacaq.
“Ford” şirkətinin direktoru Alan Mullali və “Microsoft Cloud and Enterprise” bölməsinin icraçı vitse-prezidenti Satya Nadella CEO vəzifəsinə namizəd hesab edilir.
Emil Hüseynov
“Microsoft”un səhmlərinin qiyməti rekord həddə çatıb

Baxış sayı: 675
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır