12px13px15px17px
Tarix:06/12/13

“Samsung” şirkəti ucuz “Galaxy Win Pro” smartfonunu təqdim edib

“Samsung” şirkətinin Çin nümayəndəliyinin saytında yeni smartfon haqqında informasiya dərc olunub. “Galaxy Win Pro” adlı model orta səviyyəli qurğular kateqoriyasına aiddir.

“ICTnews” elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, aparat 960 x 540 (qHD) piksel təsvir ölçülü 4,5 düymlük ekran, 1.2 QHs takt tezlikli “Qualcomm Snapdragon 200” dördnüvəli prosessoru və “Adreno 203” qrafik sistemi, 5 meqapiksellik əsas və 0,3 meqapiksellik ön kamera ilə təchiz edilib.

“Galaxy Win Pro” aparatında, həmçinin 2100 milliamper/saat tutumlu akkumulyator batareyası, 1 QB əməli yaddaş, 8 QB tutumunda fləş-daşıyıcı, “microSD” dəyişilən yaddaş kartları üçün slot, “Bluetooth 4.0”, “Wi-Fi 802.11 a/b/g/n” və “GPS” simsiz rabitə adapterləri mövcuddur. Cihaza “Android 4.2 Jelly Bean” əməliyyat sistemi quraşdırılıb.

Smartfon “Galaxy Win” modelinin bir qədər təkmilləşdirilmiş versiyasıdır.

Emil Hüseynov
 



Baxış sayı: 1377

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024