12px13px15px17px
Tarix:06/12/13

Populyar müğənni “Blackberry” şirkətini 200 min dollara xilas etməyi təklif edib

Qalmaqallı hərəkətləri və bəyanatları ilə tanınan kanadalı ifaçı Castin Biber texnologiya nəşrlərin maraq dairəsinə düşüb.

Məlum olub ki, 6 il bundan əvvəl şirin səsli müğənni şirkətin süqutunu qabaqcadan görərək “BlackBerry” (o zaman “Research In Motion”) şirkətinə kömək təklif edib.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2001-2011-ci illərdə “RIM” şirkətində işləmiş biznesin inkişafı üzrə baş menecer Vinsent Vaşinqtonun sözlərinə görə Castin Biber smartfon istehsalçısına "brendin səfiri" olmağı təklif edib.

"Mənə 200 min dollar və 20 cihaz verin və mən sizin brendinizi reklam edəcəyəm" – Vaşinqton 2007-ci ildə pop-ulduz tərəfindən səsləndirilmiş sözləri yada salıb.

Vinsent Vaşinqtonun bütün cəhdlərinə baxmayaraq, “BlackBerry” şirkəti Biberin təklifini rədd edib. Müğənni demişdi ki, “RIM” şirkəti uzun müddət tab gətirməyəcək və onun proqnozu özünü doğruldub.

Emil Hüseynov



Baxış sayı: 811

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024