Tarix:06/12/13
Tayvanın displeylər üçün komponent istehsalçılarının qiymətləndirməsinə görə, gələn il "Ultra HD” formatlı televizorların tədarük həcmi 15-20 milyon ədəd təşkil edə bilər.
“Ultra HD” panelləri 3840х2160 piksel təsvir ölçüsünü dəstəkləyir ki, bu da “Full HD” (1920х1080) formatından 4 dəfə çoxdur. Belə televizorları artıq "Samsung”, “LG”, “Toshiba”, “Sharp”, “Sony”, “Panasonic” şirkətləri istehsal edir.
Qiymətləndirməyə əsasən, bütün formatlı maye-kristal televizor panellərinin ümumi tədarükü gələn il 213 milyon ədəd olacaq. Beləliklə, “Ultra HD” panellərin payı ümumi bazar həcminin 10 faizini təşkil edəcəyi gözlənilir.
Analitiklər güman edirlər ki, 2014-cü ildə Çin istehsalçılarının "Ultra HD” formatlı televizor panellərinin ümumi tədarük həcmində payı 50 faizdən çox olacaq. Cənubi Koreya istehsalçıları dünya bazarında 20 faizlik, Yaponiya şirkətləri 15 faizlik paya sahib çıxacaq.
Qeyd olunur ki, Yaponiya istehsalçıları kənar işıq diodu (Edge LED) ilə təchiz edilən “Ultra HD” televizorların istehsalı ilə məşğul olacaq. Bu texnologiya işıq diodlarının maye-kristal panellərin perimetri üzrə yerləşdirilməsini nəzərdə tutur. Xüsusi plastin işığı elə yönəldir ki, o ekranın içindən parıltı verir.
Displeyin arxasında bilavasitə işıq diodlarının olmamasına görə “Edge LED” işıqlandırma texnologiyası ilə təchiz olunan televizorlar adi “LED” işıqlandırma ilə təchiz olunan panellərlə müqayisədə nazikliyi və çəkisinin az olması ilə seçilir. Lakin bu halda “Edge LED” texnologiyasından istifadə edən qurğuların qiyməti bir qədər yüksək olur, - "3DNews” www.3dnews.ru yazır.
2014-cü ildə “Ultra HD” televizorlarının tədarükü 20 milyon ədədə çata bilər

Baxış sayı: 635
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır