12px13px15px17px
Tarix:06/12/13

"Vikipediya"nın yaradıcısı elmin inkişafına töhfəsinə görə YUNESKO mükafatına layiq görülüb


BMT-nin saytında dərc edilmiş informasiyaya əsasən, "Vikipediya"nın banisi 47 yaşlı Cimmi Uels elmin inkişafına əhəmiyyətli töhfəsinə görə YUNESKO tərəfindən Nils Bor adına qızıl medala layiq görülüb.

"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, mükafat Kopenhagendə Nils Borun atom modelinin 100 illiyinə həsr olunmuş "Açıq dünya" konfransında təqdim olunub. "Vikipediya" onlayn ensiklopediyasının yaradıcısı öz çıxışında deyib ki, bu layihəni inkişaf etdirərək onu bütün dillərdə əlçatan etmək niyyətindədir.

Xatırladaq ki, Nils Bor adına qızıl medal onun anadan olmasının 100 illiyi şərəfinə 1985-ci ildə təsis edilib.

Emil Hüseynov



Baxış sayı: 1090

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024